Mühəndis metroloq / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
08.01.2026
Yenilənmə tarixi:
06.02.2026
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər:
• Ölçmə və sınaq avadanlıqlarının metroloji nəzarətini həyata keçirmək; • Avadanlıqların düzgün işləməsi üçün kalibrləmə və yoxlamaların təşkilini etmək; • Standartlara uyğun olmayan ölçmə vasitələrinin istifadəsinin qarşısını almaq; • Müəssisədə istifadə olunan ölçmə cihazlarının dövlət və beynəlxalq metroloji standartlara uyğun olmasını təmin etmək; • Metroloji nəzarətə dair sənədlərin hazırlanması və saxlanmasını təmin etmək; • Kalibrləmə və yoxlama prosedurlarını tərtib etmək və yeniləmək; • Metroloji hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; • ISO 17025, ISO 9001 və digər beynəlxalq keyfiyyət standartlarına uyğun metroloji nəzarətin təşkili. • Yeni metroloji metodların və beynəlxalq tələblərə uyğun avadanlıqların tətbiqinə nəzarət; • Müəssisənin metroloji siyasətinin inkişaf etdirilməsində iştirak etmək; • Ölçmə vasitələrinin texniki nasazlıqlarının qarşısını almaq və lazımi tədbirləri görmək; • Metroloji nəzarətlə bağlı risklərin qiymətləndirilməsini aparmaq; • Metroloji xidmət sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək; • Metroloji avadanlıqların modernləşdirilməsi ilə bağlı təkliflər vermək; • Yeni ölçmə texnologiyalarını araşdırmaq və tətbiq imkanlarını qiymətləndirmək; • Laboratoriya və istehsalatda istifadə olunan ölçmə cihazlarının innovativ həllərlə inkişafına töhfə vermək; • Qoruyucu klapanların snaqdan keçirilməsini vaxtında və düzgün şəkildə təşkil etmək; • Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğular və avadanlıqlar üçün texniki təhlükəsizlik sertifikatının alınmasını vaxtında və düzgün şəkildə təşkil etmək; • Qurğu və avadanlıqların pasportlarını vaxtında və düzgün şəkildə təşkil etmək; • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; • Əməyin təhlükəsizliyi normalarına əməl etmək; • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, ingilis və rus dilləri orta səviyyədə ; • Office proqramlarından orta səviyyəli istifadəçi bacarığı; • Müvafiq sahə üzrə qanunvericilik aktları və normalar haqqında biliklərə malik olmaq; • İdarəemə sistemləri üzrə (İSO 9001/ İSO 14001/ İSO 45001/İSO 17025) və auditin keçirilməsi üzrə (İSO 19011) standartlar barədə nəzəri və praktiki biliklərə sahib olmaq; • İdarəetmə sistemlərində auditin keçirilməsi üzrə praktik tətbiq təcrübəsinə malik olmaq; • Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemləri sahəsində tələb və prinsiplər barədə biliklərə sahib olmaq; • İdarəetmə sistemləri və auditi, Metroloji standartlar üzrə müvafiq sertifikatlara malik olmaq.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Metroloji mühəndislik, Fizika, Mexanika, Elektronika, Kimya mühəndisliyi və ya əlaqəli sahələr üzrə Ali təhsil; • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi; • Ümumi 5 il iş təcrübəsi.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki həftə ərzində 36 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.