Mütəxəssis / Çovdar filiz emalı sahəsi (DN)

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
Daxili nəzarət alətlərindən tətbiq etməklə Cəmiyyətin Çovdar filiz emal sahəsində olan daxili nəzarət sisteminin mövcud vəziyyətinin təhlil edilməsində, icraya nəzarət tədbirlərinin, daxili nəzarət sisteminin qiymətləndirməsinin və xidməti araşdırmaların aparılmasında iştirak etmək, bu istiqamətdə hesabatların, digər sənədlərin və təkliflərin hazırlanmasında iştirak etmək, Çovdar filiz emal sahəsi üzrə şöbədaxili arxivləşdirməni aparmaq.
Çovdar filiz emal sahəsində güclü daxili nəzarəti sisteminin təmin edilməsinə nəzarət prosesində iştirak etmək və bununla bağlı şöbə müdirinin müavininə müvafiq məlumatları və hesabatları vaxtında təqdim etmək.
Çovdar filiz emal sahəsində daxili nəzarət alətlərini tətbiq etməklə müvafiq məlumatları analiz etmək və nəticələri hesabat şəklində şöbə müdirinin müavininə təqdim etmək.
Çovdar filiz emal sahəsində korrupsiya, dələduzluq və ya mənimsəmə xarakterli hallarını, habelə sistem səhvlərinin araşdırılması, müvafiq təkliflərin hazırlanması prosesində iştirak etmək, şöbə müdirinin müavininə vaxtında və tam məlumat təqdim etmək;
Daxili nəzarət mexanizmlərinin faktiki icrasının qiymətləndirilməsi üzrə şöbə müdirinin müavininin tapşırıqlarını icra etmək;
Çovdar filiz emal sahəsinin fəaliyyətini əhatə edən müxtəlif funksiya və prosesləri, bu funksiya və proseslərin gedişatı haqqında hazırlanmış hesabatları və bu tipli digər sənədlərin düzgünlüyünün və etibarlılığının yoxlanılması prosesində şöbə müdirinin müavininin tapşırıqlarını icra etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Microsoft Office (digər audit və statistik proqramlar arzuolunanadır)
Müxtəlif peşə (ACCA və s.) kvalifikasiyalarına malik olmaq arzuolunandır.
Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, şeviklik səriştəlikləri;

Tələb olunan təhsil və iş təcrübəsi:
İqtisadiyyat, Maliyyə, Hüquq, İdarəetmə və ya Mühəndislik yönümlü ixtisaslar üzrə ali təhsil.
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
Digər vakansiyalar