Mütəxəssis / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Marketinq və pərakəndə satış sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
18.04.2026
Yenilənmə tarixi:
14.04.2026
Vakansiyaya dair tələblər
Əsas vəzifə öhdəlikləri:
• Zəruri olan arayış və məlumatları hazırlayıb təqdim etmək; • Pərakəndə satış üzrə hesabatların hazırlanmasında iştirak etmək; • Satışların gündəlik monitorinqi, Cəmiyyətin mağazası və satış sisteminə nəzarət olunmasında iştirak etmək; • Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq layihələrinin strateji istiqamətinin təyin edilməsində iştirak etmək; • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin satışa çıxardığı pərakəndə məhsullar üzrə alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanmasında iştirak etmək; • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin qurulmasında iştirak etmək; • Məhsul çeşidlərinin artırılması ilə bağlı araşdırmaların həyata keçirilməsində iştirak etmək və bu istiqamətdə təkliflərin təqdim edilməsi; • Cəmiyyət tərəfindən satışa çıxarılmış məhsullar haqqında müxtəlif informasiya kanalları vasitəsilə ictimaiyyətə məlumatların verilməsi, bu istiqamətdə həyata keçirilən layihələrin icrasında iştirak etmək; • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin satış mağazaları ilə işin əlaqələndirilməsində, mağazaların fəaliyyəti haqqında hesabatların təqdim edilməsində iştirak etmək; • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq mövcud məhsul qalıqlarına nəzarət edilməsində iştirak etmək; • Şöbənin dövrlər üzrə iş planının tərtib edilməsində və müvafiq hesabatların hazırlanmasında iştirak etmək; • Sektorun layihələr üzrə iş həcmlərinin hazırlanması və müvafiq proseslərdə iştirak etmək; • Kargüzarlıq işlərinin icrasında iştirak etmək; • Rəhbərlik tərəfindən verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları, bilavasitə rəhbərini məlumatlandırmaqla icra etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili, İngilis dili arzuolunandır ; • Microsoft Office və 1C proqramları ilə yaxşı işləmə bacarıqları; • Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, təşəbbüskar, nizam-intizam; • Yeni texnologiyalar, onlayn marketinqə dair qabaqcıl trendlərdən məlumatlı olmalı; • Marketinq sahəsində müvafiq sertifikatlara malik olması arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Marketinq, Biznesin idarəolunması, İqtisadiyyat və oxşar sahələr üzrə Ali təhsil. • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; • Satış strategiyasının qurulmasında təcrübə üstünlükdür.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.