Mütəxəssis / İnsan resurslarının idarəolunması şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
24.04.2026
Yenilənmə tarixi:
20.04.2026
Vakansiyaya dair tələblər
Əsas vəzifə öhdəlikləri: · Səlahiyyətləri çərçivəsində işə davamiyyətin qeydiyyatının aparılması; · Struktur bölmələr üzrə davamiyyət tabellərinin tərtib edilməsi və aidiyyəti üzrə təsdiq edilib Maliyyə şöbəsinə təqdim olunması; · Yeni işə qəbul edilmiş işçilərə Adaptasiya təliminin keçirilməsi; · KSM-lə bağlı vətəndaşlara ayrılmış maddi yardımların təqdim edilməsi və müvafiq hesabatların aidiyyəti üzrə təqdim edilməsi; · İşçilərin davamiyyəti üzrə iş icazə və iş buraxma hesabatlarının hazırlanması və qeydiyyatının aparılması; · Aylıq iş qrafiklərinin hazırlanması və aidiyyəti üzrə təhvil verilib imzalanması; · İllik məzuniyyət qrafikinin hazırlanması və təsdiqindən sonra qrafikin icra edilməsi; · İşçilərin ezamiyyə vərəqələrinin təqdim edilməsi və ezamiyyə vərəqələrinin möhürlənməsinin təmin edilməsi; · Xəstəlik vərəqələrinin qeydiyyatının aparılması; · Struktur bölmələrdən daxil olan bütün aidiyyəti yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemlərin həll edilməsi; · Vətəndaş müraciətlərinə baxılması məqsədilə müvafiq görüşlərdə iştirak və müvafiq qeydlərin aparılması; · Müvafiq işçilərin hərbi uçotunun aparılması; · İstehsalat sahələri üzrə yeni işə qəbul edilən işçilərin sənədləşmə işinin aparılması; · Müvafiq məlumatların ERP sistemində (1C 8.3) işlənməsi; · Müvafiq məlumatların turniket sistemində işlənməsi; · Vəzifə dəyişikliyi zamanı işçilərlə bağlı sənədləşmə işlərinin aparılması; · İstehsalat sahəsində yeni işçinin əmək fəaliyyətinə başlamazdan əvvəl müvafiq təlimatlarla tanış olmasının təmin edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr: · Azərbaycan dili səlis, İngilis və Rus dilləri arzuolunandır; · Microsoft Office (Word, Excel və.s) proqramları üzrə yaxşı səviyyədə işləmək bacarığı; · Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilməlidir; · İnsan resursları sahəsi üzrə müvafiq sertifikatların olması arzuolunandır; · Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik, problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi: · Ali təhsil (İnsan resurslarının idarəedilməsi, İqtisadiyyat, Psixologiya, İdarəetmə sahələri üzrə); · Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
İş qrafiki: · Əməkdaşın iş qrafiki gündə 7 saatdan, həftə ərzində isə 35 saatdan çox olmamaq şərtilə 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı 12:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: · Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. · Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. · Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. · Nəqliyyat xidməti. · Rəqabətli mükafatlandırma sistemi.