Mütəxəssis / Maliyyə şöbəsi / Mühasibatlıq sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
* Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramında işləmək;
* Cəmiyyətin təsərrüfat-maliyyə və hasilat fəaliyyətinin perspektiv, illik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatları işləyir; xidmətlərin, tədqiqat və layihə işlərinin aparılması üçün material, əmək və maliyyə xərcləri, yeni texnikanın təchiz edilməsi və tətbiqi üzrə hesablamaları yerinə yetirmək;
* Ödəniş tapşırıqlarını tərtib etmək;
* Əmək haqqı, ezamiyyət və digər ödənişlərin uçotunun aparılması, əmək haqqı və Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə əlaqədar statistik hesabatların hazırlanması və vaxtında aidiyyəti orqanlara təqdim edilməsini təmin etmək;
* Mühasibat arayışlarının hazırlanması, əmək haqqı, ezamiyyət, güzəştlər və vergi məbləğlərinin hesablanması, ödənişini təşkil etmək;
* İşlənib hazırlanmış iş planlarına, metodik tapşırıqlara və işlərin yerinə yetirilməsi məsələlərinə baxılmada, eləcə də əməyin, idarəetmənin mütərəqqi formalarının, plan və hesabat sənədlərinin təkmilləşdirilməsində iştirak etmək;
* Mühasibatlıqda kargüzarlıq işini təşkil etmək;
* Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək;
* Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparmaq;
* Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək;
* Fəhlə və qulluqçuların əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya uyğun olaraq dövlət bankı idarələrindən rəsmiləşdirilmiş sənədləri, pul vəsaitlərini və qiymətli kağızları almaq;
*Mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparmaq, pulun və qiymətli kağızların faktiki məbləğini kitabçadakı qalıqla yoxlamaq, kassa hesabatını tərtib etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
* Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Microsoft Office
* Vergi sahəsi üzrə biliklər, ERP sistemində işləmə bacarığı.
* Əməkdaşlıq, Məsuliyyətlilik, Çeviklik və Təşəbbüskarlıq səriştəlikləri tələb olunur.


Tələb olunan təhsil və iş təcrübəsi:
* Ali təhsil.
* Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi. (Dövlət şirkətlərində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.)

İş qrafiki:
* İş saatları: 09:00 – 18:00;
* Nahar fasiləsi: 13:00-14:00;
* Şənbə və Bazar istirahət günüdür.
Digər vakansiyalar