Mütəxəssis / Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsi / Satınalmalar sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
31.01.2025
Yenilənmə tarixi:
03.02.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: * Sektorun iş planını, fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək; * Bütün satınalma prosedurları üzrə öncədən bazarın kompleks şəkildə öyrənməsi istiqamətində verilən tapşırıqları icra etmək; * Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması prosesində iştirak etmək; * Fəaliyyət istiqamətləri üzrə Cəmiyyətin rəhbərliyinin keçirdiyi iclas, görüş və digər bu kimi tədbirlərdə alınmış qərarla üzrə birbaşa rəhbəri tərəfindən verilən tapşırıqları icra etmək; * Cəmiyyətin davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə yeni potensial tədarükçülərin araşdırılması; * Rəqabət mühitinin formalaşdırılması məqsədilə bazarın mövcud vəziyyəti və bazar imkanları barədə araşdırmaların aparılması prosesində iştirak etmək; * Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: * Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük. * Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır), Microsoft Office
Tələb olunan təhsil və iş təcrübəsi: * Müvafiq sahə üzrə ali təhsil. * Təchizat sahəsi üzrə minimum 1 il iş təcrübəsinin olması tələb olunur.
İş qrafiki: * Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.