Mütəxəssis / Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsi / Satınalmalar sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
14.02.2026
Yenilənmə tarixi:
16.02.2026
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər: · Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılmasını və təhlilini təşkil etmək; · Tədarükçü bazasının formalaşdırılması və mütəmadi olaraq yenilənməsini təşkil etmək; · “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, satınalmaların keçirilməsi prosesini təşkil etmək; · Satınalmalar üzrə ehtimal olunan qiymətin formalaşdırılması istiqamətində zəruri işlər görmək; · Tələblər əsasında potensial mal, iş və ya xidmət təchizatçılarının araşdırmasını təmin etmək; · Sənəd dövriyyəsinin düzgün və operativ təşkilini həyata keçirmək; · Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: · Dövlət Satınalmalar üzrə müvafiq İcra Hakimiyyəti orqanının göstərişləri, qərarları və təlimatlarının tələblərini. · Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır) · Microsoft Office və 1C 8.3 proqramlarını bilməli. · Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük.
Tələb olunan təhsil və iş təcrübəsi: · Ali təhsil. · Təchizat sahəsi üzrə minimum 1 il iş təcrübəsinin olması tələb olunur.
İş qrafiki: · Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: · Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. · Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. · Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. · Nəqliyyat xidməti. · Rəqabətli mükafatlandırma sistemi.