Mütəxəssis / Təmir - tikinti və energetika şöbəsi / Texniki sənədlərə nəzarət sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Şöbə tərəfindən təqdim edilməli olan müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
• Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq podratçı, subpodratçı və layihəçi təşkilatlarla qarşılıqlı əlaqələrin qurulmasında iştirak etmək;
• Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq fəaliyyət planlarının hazırlanmasında iştirak etmək və onların icra vəziyyətini təhlil etmək.
• Şöbənin fəaliyyət planında nəzərdə tutulan işlərin icrası ilə bağlı digər struktur bölmələr ilə koordinasiyanın təşkilində iştirak etmək.
• Aidiyyəti üzrə kargüzarlıq işlərini aparmaq və məxfilik rejimini təmin etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, ingilis dili yaxşı, rus dili arzuolunandır;
• Əməkdaşlıq, məsuliyyətlilik, çeviklik, davamlı inkişaf.
• Microsoft Office proqramları üzrə biliklər.

Tələb olunan təhsil və iş təcrübəsi:
• İnşaat mühəndisliyi və elektromexanika sahələri üzrə ali təhsil;
• Müvafiq sahə üzrə 2 il iş təcrübəsi (Bilavasitə tikinti və elektrik təsərrüfatı ilə əlaqəli sahələrdə işləməsi arzuolunandır).

İş qrafiki:
* Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar