Proses üzrə metallurq / Çovdar inteqrəolunmuş regional emal sahəsi / Emal bölməsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
Tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
28.12.2025
Yenilənmə tarixi:
06.01.2026
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər:
• Topa qələviləşdirmə sahəsinə və kömürə gündəlik məhlul axınının planlanan şəkildə olmasına nəzarət etmək; • Gündəlik metallurgiya (metallurji balans) hesabatının hazırlanmasına nəzarət etmək; • Qızıl axınının ölçülməsinə nəzarət etmək; • Topa qələviləşdirmə sahəsində Aqlomerator məhsulunun gündəlik olaraq izlənməsinə nəzarət etmək; • Aylıq sütun (yığın) testlərinin təşkili, Topa qələviləşdirmə sahəsindən gündəlik filiz nümunələrinin götürülməsinə nəzarət etmək; • Gündəlik məhlul nümunəsinin götürülməsi, məhlulda pH, sianid və qızıl-gümüş tərkibinin yoxlanılmasına nəzarət etmək; • Sianidlə aşınma performansının və kömürün adsorbsiya aktivliyini (adsorbsiya performansı) müəyyən etmək üçün nümunə nəticələrini gündəlik izləmək; • Bütün nümunələrin gündəlik toplanmasına nəzarət etmək; • Götürülən nümunələrin və nümunə götürülmə üsulunun müvafiq tələblərə uyğun olmasını təmin etmək; • Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək; • Şüşə diyirləmə testinin lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək; • Topa qələviləşdirmə sahəsində lazım olan sementin uyğunluğunu yoxlamaq məqsədilə sement istifadə testinin, həmçinin perkolyasiya (süzülmə) səviyyəsini yoxlamaq üçün stabillik testinin aparılmasına nəzarət etmək; • Regenerasiya olunmuş və turşu ilə yuyulmuş kömürün təzə kömür və doymuş/boş kömürə görə aktivliyinin həftəlik olaraq ölçülməsinə nəzarət etmək; • ADE sahəsi və qızıl otağında maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək; • İstehsalat prosesi barədə günlük, həftəlik və aylıq hesabatların verilməsinə nəzarət etmək; • Metal əritmə və qəlibləmə prosesinin təşkilinə nəzarət etmək; • Aidiyyətı vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Microsoft Office proqramları üzrə işləmək bacarığı; • Əməkdaşlıq, Məsuliyyətlilik, Çeviklik, Məqsədyönlülük, Nizam-intizam; • Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı. • Müvafiq sahə üzrə sertifikatın mövcudluğu arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsilin (kimya , kimya mühəndisliyi və metallurgiya ixtisaslarında bakalavr təhsili ) olması tələb olunur; • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi üstünlükdür.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.