Proses üzrə texnoloq / Çovdar inteqrəolunmuş regional emal sahəsi / Emal bölməsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• Texnoloji proseslərin sənədləşdirilməsinə və qeydiyyatına nəzarət etmək;
• İstehsalat proseslərinin texnoloji parametrlərinə nəzarət etmək;
• Qızıl axınının ölçülməsinə nəzarət etmək;
• Topa qələviləşdirmə sahəsində Aqlomerator məhsulunun gündəlik olaraq izlənməsinə nəzarət etmək;
• Proseslərin optimallaşdırılması və texnoloji təkmilləşdirmə işlərini aparmaq;
• Gündəlik məhlul nümunəsinin götürülməsi, məhlulda pH, sianid və qızıl-gümüş tərkibinin yoxlanılmasına nəzarət etmək;
• Sianidlə aşınma performansını və kömürün adsorbsiya aktivliyini (adsorbsiya performansını) müəyyən etmək üçün nümunə nəticələrinin gündəlik izlənilməsini, bütün nümunələrin gündəlik toplanmasına və götürülən nümunələrlə nümunə götürülmə üsullarının müvafiq tələblərə uyğun olmasına nəzarət etmək;
• Proseslərdə baş verən dəyişikliklərin analizini aparmaq və lazımi düzəlişlər etmək;
• İstehsalat prosesində istifadə olunan reagentlərin düzgün tətbiqinə nəzarət etmək;
• Texnoloji avadanlıqların düzgün istismarına nəzarət etmək;
• Topa qələviləşdirmə sahəsində perkolyasiya (süzülmə) səviyyəsini yoxlamaq üçün stabillik testinin aparılmasına nəzarət etmək;
• Regenerasiya olunmuş və turşu ilə yuyulmuş kömürün təzə kömür və doymuş/boş kömürə görə aktivliyinin həftəlik olaraq ölçülməsinə nəzarət etmək;
• ADE sahəsi və qızıl otağında maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək;
• Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək;
• Müvafiq hesabatların hazırlanmasına və təqdim olunmasına nəzarət etmək;
• Metal əritmə və qəlibləmə prosesinin təşkilinə nəzarət etmək;
• Aidiyyatı vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;


Tələb olunan bilik, bacarıq və səriştələr:

• Microsoft Office proqramları üzrə işləmək bacarığı;
• Əməkdaşlıq, Məsuliyyətlilik, Çeviklik, Məqsədyönlülük, Nizam-intizam;
• Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı.
• Müvafiq sahə üzrə sertifikatın mövcudluğu arzuolunandır.


Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsilin (kimya , kimya mühəndisliyi və metallurgiya ixtisaslarında bakalavr təhsili ) olması tələb olunur;
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi üstünlükdür.


İş qrafiki:

• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.


Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar