Qırma-ələmə sahəsi üzrə nəzarətçi / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı (hasilat)
Vakansiya aktiv deyil
İş yeri:
Kəlbəcər rayonu
İş növü:
Tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
19.04.2026
Yenilənmə tarixi:
02.06.2026
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər:
• Razılaşdırılmış hasilat planına təhlükəsiz və səmərəli davamlı əməliyyatlar ilə nail olunmasına yardım etmək, filizin xırdalama sahəsindən topa qələviləşdirmə sahəsinədək plana uyğun olaraq aparılmasına nəzarət edilməsində iştirak etmək; • Cəmiyyətin ÇİRES-də aparılan qırma, daşıma işlərinə şirkətin işinə nəzarət; • Filizin xırdalanma və ələnmə ölçülərinə laboratoriya cavablarına uyğun mütəmadi nəzarətin həyata keçirilməsində iştirak etmək; • Qırma avadanlıqlarına, ələklərə mütəmadi nəzarətin həyata keçirilməsində iştirak etmək; • Aqlomeratora, podratçı tərəfindən aparılan aqlomerasiya prosesinə, qatılan sement və sianid həcminə laboratoriya cavablarına uyğun nəzarətin həyata keçirilməsində iştirak etmək; • Konveyer tərəzilərinin mütəmadi nəzarətdə saxlanılması və məlumatların yoxlanılması, qırıcı sahəsi üzrə avtomatika sisteminin işləkliyinə mütəmadi nəzarətin həyata keçirilməsində iştirak etmək; • İstehsalat işlərinin gecikməməsi üçün ehtiyyat hissələrinin vaxtında təmin edilməsini, anbar ehtiyatının saxlanmasını nəzarətdə saxlanılmasında iştirak etmək; • Sahə xırdalanmış filizin yığılması prosesi üçün konveyer xətlərinin daşınmasını və düzülüşünü nəzarətdə saxlanılmasını təmin etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili (səlis); • Microsoft Office proqramları.
Tələb olunan təhsil və iş təcrübəsi:
• İlk peşə və orta ixtisas təhsili (Dağ-mədən sahəsi üzrə) • Müvafiq sahə üzrə təcrübə müddəti: Ən azı 1 il
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.