Qızıl otağının baş nəzarətçisi / Çovdar inteqrəolunmuş regional emal sahəsi

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Qızıl otağında aparılan elektroliz prosesinə uyğun vannaların prosesə hazırlanmasına nəzarət;
• Vannalarda (anod və katod) yuyulma prosesinin aparılmasına nəzarət;
• Xammalın (şlam) presdən yığılmasına və qurudulmasına nəzarət etmək;
• Əritmə sobasına nəzarət edilməsi, əritmə prosesinə hazırlıq və əritmə prosesində iştirak etmək;
• İstehsal olunan külçələrin təmizlənməsi və nömrələnməsinə nəzarət, şlam və külçələrdən nümunələrin prosedura uyğun götürülməsi;
• Fərdi mühafizə vasitələrindən düzgün təyinatı üzrə istifadə etmək;
• Cəmiyyətin İHS tərəfindən təsdiqlənmiş müvafiq prosedura əsasən zəruri hallarda külçələrin seyfə təhvil təslimində iştirak etmək;
• Əritmə prosesi üçün lazım olan flüs tərkibini hazırlanmasına nəzarət;
• İnduksiya əritmə sobasının soyutma sisteminin məhlulunun dəyişdirilməsinə nəzarət, potanın (tigel) dəyişdirilməsi, qurutma və əritmə sobalarının havalandırma filterlərinin
dəyişdirilməsinə nəzarət və qeydiyyatının aparılması;
• Civə kollektorunun borularının təmizlənməsinə nəzarət, civə kollektorunda yığılan civənin çıxalaraq xüsusi qablara yığılmasına və qeydiyyatın aparılmasına nəzarət etmək;
• Qızıl otağında yaranmış tullantıları düzgün çeşidlənməsinə nəzarət və qızıl otağından çıxarılmasını prosedura uyğun təşkil etmək və qeydiyyatını aparmaq;
• Nümunələrin laboratoriyaya təhvil- təsliminin aylıq qeydiyyatını aparmaq;
• Avtoyükləyici (kiçik texnika) vasitəsilə yükqaldırma və yük daşıma işlərinin icrası;
• Gündəlik və aylıq kimyəvi maddələrin qeydiyyatına nəzarət etmək, hesabat formalarında düzgün qeydiyyat aparılmasına nəzarət etmək,
• Qızıl otağının nəzarətçilərinin işinə nəzarət etmək və bu barədə rəhbərliyə məlumat vermək;
• Fövqəladə hal zamanı qabaqlayıcı tədbirlər görmək;
• Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasında iştirak etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Əməkdaşlıq, Məsuliyyətlilik, Çeviklik;
• Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Kimya, kimya mühəndisliyi və ya metallurgiya ixtisası üzrə ali təhsil;
• Müvafiq və uyğun sahə üzrə minimum 2 il iş təcrübəsi.


İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün,saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar