Qızıl otağının operatoru / CİL zavodu

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• İşlədiyi ərazi üzrə bütün avadanlıqların məqsədə uyğun şəkildə və növbə nəzarətçisi tərəfindən verilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsini təmin etmək;
• Qurutma sobasını prosedura uyğun olaraq işlətmək, bütün parametrlərin uyğun olmasına nəzarət etmək və qeydiyyatını aparmaq;
• Elektroliz hücrələrindəki anod və katodların prosedura uyğun şəkildə yuyulmasını təmin etmək, yaş şlamı press filterə ötürmək, yuyulma prosesindən sonra elektroliz hücrələrindəki anod və katodların uyğun şəkildə düzülməsini təmin etmək, həmçinin yuma və təmir işləri bitdikdən sonra işə salınması üçün vintilləri uyğun vəziyyətə gətirmək;
• Elektroliz hücrələrindəki yuma və təmir işləri bitdikdən sonra yenidən işə salınma üçün vintilləri uyğun vəziyyətə gətirmək;
• Yaş şlam filterini prosedura uyğun şəkildə işlətmək və proses bitdikdən sonra açıb təmizləmək;
• Aylıq periodlarla, emal sahəsinin havalandırma sisteminə bağlı olan civə filterinin içərisindəki karbondan nümunə götürərək civə analizi etmək;
• Civə sobasında yığılan civəni, növbə rəsinin göstərişi əsasında xüsusi qablara yerləşdirərək, növbə rəisinə təhvil vermək;
• Civə sobasından çıxan materiala növbə rəsinin göstərişi əsasında, lazımi kimyəvi maddələri əlavə etmək və qarışdırmaq;
• Əritmə sobasını prosedura uyğun şəkildə çalışdırmaq və proses bitdiyi zaman söndürmək;
• Əritmə sobasına aid tigeli rəisin göstərişi əsasında dəyişdirmək;
• Qatı və maye kaustik/sianid maddələrinin hazırlanmasını prosedura uyğun şəkildə yerinə yetirmək;
• Emal sahəsindəki bütün maddələrin yığılmasını təmin etmək;
• Rəisi tərəfindən göstəriş verildiyi halda ADR sahəsində görüləcək işlərə yardım etmək;
• Əritmə prosesini rəsinin nəzarəti altında prosedurlara uyğun şəkildə həyata keçirmək;
• Əritmə prosesi zamanı, prosedura uyğun şəkildə nümunə götürmək və rəisinə təhvil vermək;
• Tökülmüş xəlitəni, prosedura uyğun şəkildə tapança və tel fırça ilə təmizləyib, nömrələnməsini təmin etmək;
• Həftəlik nasos dəyişmələrini təlimata uyğun şəkildə etmək və ehtiyat nasosların təmizliyini təmin etmək;
• Emal sahəsində stasionar və portativ ləvazimatları işləmə prosedurlarına uyğun şəkildə çalışdırmaq;
• İnkassasiya zamanı rəisinin göstərişi ilə xəlitələri qablara yerləşdirmək;
• Növbə təhvil-təslimini yerində və əksiksiz şəkildə təmin etmək;
• Lazımi təlimatları oxumaq, anlamaq və tətbiq etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Əməkdaşlıq, Məsuliyyətlilik, Çeviklik;
• Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Dağ-mədən sahəsi üzrə Orta-ixtisas və ya peşə təhsili;
• Müvafiq və uyğun sahə üzrə 1 il iş təcrübəsi.

İş qrafiki:

• Növbəli iş

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar