Sektor müdiri / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Texniki dəstək sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
08.06.2023
Yenilənmə tarixi:
13.06.2023
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Sektorun fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir, o cümlədən Sektor adından sənədləri imzalayır, Sektora razılaşdırma üçün daxil olan sənədlərə viza verir; • Sektorun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş tapşırıqların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir; • Sektorun fəaliyyətinin təşkili ilə əlaqədar əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra xidmət intizamına riayət edilməsinə nəzarət edir; • Sektorun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür; • Tapşırıqların icrası zamanı zəruriyyət olduqda sektor və şöbə əməkdaşlarına dəstək göstərir; • Sektorun əməkdaşlarının fəaliyyətini qiymətləndirir, əməkdaşların təlim və sertifikasiya tələblərini formalaşdırır; • Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir; • Sektorun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür; • Sektorun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində səlahiyyətləri daxilində təkliflər verir; • Sektorun iş planının tərtib edilməsinə və icrasına nəzarət edir; • Sektor tərəfindən icra edilən mühim işlərin hesabatını aparır; • Sektor tərəfindən icra edilən layihələrin texniki tapşırığını formalaşdırılmasında iştirak edir; • Cəmiyyətin İnformasiya texnologiyaları sahəsində siyasətini, habelə proseduraların və qaydaların hazırlanmasında və iştirak edir; • Cəmiyyətin texniki dəstək sahəsinə aid olan layihələrin icrasını təmin edir; • İnformasiya texnologiyaları şöbəsinin əsasnaməsində qeyd edilən vəzifələri icra edir; • Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri (texniki səviyyədə) arzuolunandır. • CCNA üzrə biliklər arzuolunandır ; • Qeyd olunan sertifikatlardan ən azı biri: CompTIA (A+, Network+, Security+, Linux+ və s.), İTİL, Microsoft Client/Server ƏS aid hər hansı biliklər arzuolunandır; * • proqram təminatı üzrə (Manage Engine, Solarwinds, OTRS) üzrə biliklər arzuolunandır; • Servicedesk proqram təminatı üzrə (Manage Engine, Solarwinds, OTRS) üzrə biliklər arzuolunandır; • Son istifadəçi sorğularının gündəlik olaraq vaxtında, kefiyyətli və dəqiq icrasını təmin etmək; • Texniki dəstək xidmətinin daima təkmilləşdirilməsinə və son istifadəçilərin xidmət məmnunniyyətinin artırılmasına töhvə vermək; • Texniki dəstək komandasının məhsuldarlığı haqqında gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq; • Şifahi/yazılı ünsiyyət bacarıqlarının üstün səviyyədə qurmaq bacarığ • Bütün səlahiyyət səviyyələrində olan son istifadəçilərlə səmərəli işgüzar münasibətləri qurmaq bacarığı; • Texniki dəstək xidmətinin tələblərindən irəli gələrək, Cəmiyyətin Bakı daxilində və Azərbaycanın müxtəlif bölgələrində olan ofis və istehsalat sahələrinə ezamiyyəyə getmə; • 24/7 fəaliyyət gösətərn istehsalat mühitinin dəstəklənməsi üçün zəruri olduqda həftə sonları və qeyri iş vaxtlarında işləmək bacarığı; • İstifadəçi kompüterlərdə “Hardware” və “Software” ilə bağlı yaranmış nasazlıqları aradan qaldırmaq; • İKT siyasəti ilə təsdiqlənmiş proqram təminatının quraşdırılmasını və konfiqurasiyasını həyata keçirmək; • İstifadəçilərə yerində və uzaqdan texniki dəstəyi göstərmək; • Domen istifadəçiləri üçün şifrə və identifikatorları təyin etmək, sıfırlamaq; • Korporativ mühitdə istifadə olunan sistem və şəbəkə üzrə ən azı nəzəri biliklər; • Windows Server ƏS üzrə basic, client tipli ƏS üzrə isə administrator səviyyəsində biliklər; • “MacOS” ƏS üzrə peşəkar biliklər; • PC, noutbukların təmiri üzrə (hardware) biliklər; • Liderlik qabiliyyəti, Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq, həm müstəqil həm də komandada işləmə təcrübəsi, eyni vaxtda bir neçə işə fokuslana bilməsi,
Tələb olunan təhsil və iş təcrübəsi: İnformatika, kompüter elmləri, rabitə, telekommunikasiya sahələri və/ya mahiyyətcə yaxın mühəndislik sahələri üzrə ali təhsil arzuolunandır; İT üzrə texniki dəstək sahəsində ümumi olaraq ən azı 5 il iş təcrübəsi.
İş qrafiki: İş saatları: 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00; Şənbə və Bazar istirahət günüdür.