Satınalmalar üzrə baş mütəxəssis / Qeyri-filiz yataqlarının istismarı idarəsi (satınalmalar və təchizat zəncirinin idarəolunması) / Satınalmalar və təchizat zəncirinin idarəolunması üzrə

Vakansiyaya dair tələblər

Əsas vəzifə öhdəlikləri:

• Mal, iş və ya xidmətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satınalınmasını (Ehtimal qiymətinin hazırlanması və protokollaşdırılması, Əsas Şərtlər Toplusunu hazırlamaq, sifarişçi və Satınalma Komissiyası ilə razılaşdırılmasını, müvafiq qaydada elan olunmasını təmin etmək və s.) tender prosesinin idarəolunmasını təşkil etmək və tender təkliflərini təhlil edərək nəticəsi barədə Satınalma Komissiyasına məlumat vermək;
• Tenderin nəticələrinə dair yekun protokolu hazırlamaq və Satınalma Komissiyası tərəfindən imzalanmasını təmin etdik, proses Dövlət Satınalmaları Qaydalarına uyğun keçirilərsə protokol imzalandıqdan sonra müvafiq icra hakimiyyəti orqanına qeydə alınması üçün göndərilməsini təşkil etmək;
• Şöbənin fəaliyyətinə dair Hesabatların hazırlanması, analizi, satınalma sorğularının hazırlanması və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
• Rəqabət mühitinin formalaşdırılması məqsədilə bazarın mövcud vəziyyəti və bazar imkanları barədə araşdırmaların aparılması prosesində iştirak etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis və Rus dili arzuolunandır;
• MS Office, Excell proqramlarında yaxşı səviyyədə istifadəçi bacarığı tələb olunur;
• Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik, problem həll etmə bacarıqları, analitik düşünmə.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil
• Satınalmalar və Dövlət satınalmaları üzrə ən az 2 illik təcrübə.

İş qrafiki:

• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar