Sistem inzibatçısı / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Sistem və şəbəkə inzibatçılığı sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
28.09.2025
Yenilənmə tarixi:
07.10.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: · Sistem və şəbəkə inzibatçılığı sektoruna aid texniki tapşırıqların hazırlamaqda iştirak etmək; · Sistem və şəbəkə inzibatçılığı sektoruna aid dokumentasiya və prosedurların yazılmasında ishtirak; · Elektron informasiya sistemlərinin və elektron informasiya ehtiyatlarının kənar müdaxilələrdən qorunması ilə bağlı qarşılıqlı fəaliyyətdə iştirak etmək; · Mövcudsistem xarakterli avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri aradan qaldırmaqda iştirak etmək; · Mövcud sistem xarakterli avadanlıqların quraşdırması, tənzimləməsi və yenilənməsi proceslərində iştirak etmək; · Server, saxlanc, virtual mühit, əməliyyat sistemlərinin və server proqram təminatlarının işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsi, monitoringi, qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və görülməsi, səmərəliliyinin arıtılmasında iştirak etmək; · Elektron məktub xidmətinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsi, sazlanması və dayanmalar meydana çıxdıqda aradan qaldırılmasında iştirak etmək; · Ehtiyat nüsxələrə nəzarət, zəruriyyət olduqda onların bərpası; · Müxtəlif İKT sistemlərdə icazələrin verilmesi, alınması, dəyişdirilməsi; · Müxtəlif İKT sistemlərdə istifadəçilərin yaradılması, pozulması, dəyişdirilməsi; · Sistem və şəbəkə inzibatçılığı sektoruna aid dokumentasiyani daim aktual saxlanılması, habelə mühüm dəyişikliklərin sənədləşdirməsi; · Təhlükəsizlik yenilənmələrin və antivirus program təminatın serverlərdə və istifadəçi kompüterlərdə olmasına habelə düzgün işləməsinə nəzarət; · Sistem və şəbəkə inzibatçılığı sektoruna aid inkişafı istiqamətində təkliflər vermək; · Elektron informasiya sistemlərinin yaradılması, təkmilləşdirilməsi, daim aktual saxlanması və dəstəklənməsi üçün tədbirlər görmək; · Elektron sistemlərdən təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət etmək; · Server və istifadəçi avadanlıqlarının zərərli proqramlardan qorunması istiqamətində fəaliyyət göstərmək; · Rəqəmsal telefon sisteminin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsi, istifadəçilərin mobil və beynəlxalq zənglərə çıxışın təmin olunması istiqamətində fəaliyyət göstərmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: · Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (texniki), Rus dili isə arzuolunandır; · MS Office proqramlarında işləmə bacarığı tələb olunur; · Windows Server 2012-2022 (GPO, DNS, DHCP, AD, WSUS, RADIUS, LAPS və s.) üzrə administrator səviyyəsində dərin biliklər; · Linux Servers (Ubuntu, CentOS etc.) – üzrə administrator səviyyəsində biliklər; · Hypervisor (ESXi, VCSA)– üzrə administrator səviyyəsində dərin biliklər; · Veeam Backup & Replication/Nakivo üzrə dərin biliklər; · Mail serverləri ilə iş təcrübəsi – Kerio/Exchange; · Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik, problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi: · Ali təhsil (İnformasiya Texnologiyaları sahəsində təhsil arzuolunandır); · Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.
İş qrafiki: · Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: · Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. · Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. · Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. · Nəqliyyat xidməti. · Rəqabətli mükafatlandırma sistemi.