• İş yerində nizam-intizamı təmin etmək və növbəti növbəyə təhvil vermək; • İşlədiyi ərazi üzrə bütün avadanlıqların məqsədə uyğun və növbə nəzarətçisi tərəfindən verilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsini, eləcə də qarışdırıcıların, nasosların, istilik dəyişdiricilərin, qızdırıcıların, sobaların və elektroliz vannalarının düzgün işləməsinə nəzarət etmək və yarana biləcək problemlər barəsində növbə nəzarətçisinə məlumat vermək; • Xüsusilə əməliyyatlar zamanı baş verə biləcək qəfil dəyişiklikləri görüb müdaxilə etmək, lazımlı məlumatları növbə nəzarətçisinə və nəzarət otağı operatoruna ötürmək; • HCN (hidrogen sianid), SO2 (kükürd dioksidi) və NH3 (ammonyak) kimi qazların səviyyəsini müntəzəm ölçmək; • Turşu ilə yuma prosesi olacağı təqdirdə yüklənmiş kömürü turşu yuma çəninə ötürmək və prosesi prosedura uyğun təmin etmək, təzyiq, axın sürəti, pH və temperatur parametrlərini ölçərək nəzarətdə saxlamaq; • Turşu yuma məhlulunun lazımi konsentrasiyada hazırlanmasını və turşu yuma çənindəki kömürün soyuq sıyırma çəninə ötürülməsini təmin etmək; • Soyuq sıyırma çənindəki kömürün desorbsiya çəninə ötürülməsini, təmin etmək soyuq sıyırma məhlulunun lazımi konsentrasiyada hazırlanmasını, soyuq sıyırma prosesinə nəzarəti, nümunələrin götürülüb laboratoriyaya verilməsini, eləcə də soyuq sıyırma çənindəki kömürün desorbsiya çəninə ötürülməsini təmin etmək; • Qızıl sıyırma məhlulunun lazımi konsentrasiyada hazırlanmasını təmin etmək, desorbsiya prosesinə nəzarət etmək, məhluldan nümunələr götürərək laboratoriyaya təqdim olunmasını təşkil etmək, proses başa çatdıqdan sonra isə kolonun soyudulmasını həyata keçirmək və kömürü regenerasiya sobasının bəsləməsinə ötürərək sobanı işə salmaq; • Regenerasiya sobasını prosedura uyğun olaraq işə salmaq, avadanlığa baxış keçirmək və regenerasiya prosesi başa çatdıqdan sonra kömürün təzə kömür çəninə, oradan isə CİL-8 çəninə ötürülməsini təmin etmək; • ADR sahəsindəki toztutma bölməsinin işləməsini təmin etmək, parametrləri yoxlayaraq dəyişənləri növbə nəzarətçisinə bildirmək; • Mütəmadi olaraq elektroliz hücrələrinin giriş və çıxış hissələrindən nümunə götürərək kimyəvi laboratoriyaya göndərilməsini təmin etmək; • Elektroliz prosesinə nəzarət etmək, elektroliz prosesinin parametrlərinin qeydiyyatını aparmaq, mütəmadi olaraq voltaj və amperajı nəzarətdə saxlamaq və ehtiyac yarandıqda parametrləri dəyişərək növbə nəzarətçisinə məlumat vermək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Çeviklik; • Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Orta-ixtisas və ya peşə təhsili (yaxın və uyğun texniki istiqamətlər üzrə); • Müvafiq və uyğun sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır.
İş qrafiki:
• Növbəli iş.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.