Şöbə müdir müavini / Geoloji kəşfiyyat şöbəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:

* Əlvan və nəcib metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, yeni texnologiyaların tətbiqini, həmçinin bu sahənin inkişafı ilə bağlı digər məsələlər haqda konseptual və ya korporativ məlumatlar toplusu hazırlanmasında iştirak etmək;
* Şöbənin fəaliyyət istiqamətlərinə uyğun qara və əlvan metal yataqları haqda məlumatları toplamaq, sistemləşdirmək və bu əsasda məlumat bazasının yaradılmasını təşkilində şöbə müdirinə dəstək göstərmək;
* Şöbənin fəaliyyət istiqamətlərinə uyğun perspektivli sahələrin qiymətləndirilməsi üzrə tərtib olunmuş proqram və layihələrin hazırlanmasına iştirak etmək;
* Kəşfiyyatı tamamlanmış əlvan və qara metal filizi yataqlarının ehtiyat və resurslarının müəyyən olunmuş qaydada hesablanmasını həyata keçirilməsində iştirak etmək və onların faydalı qazıntı ehtiyatlarının Dövlət Komissiyasında baxılması və dövlət balansına qəbul olunması üzrə fəaliyyətdə iştirak etmək;
* Faydalı qazıntı ehtiyatlarının dövlət balansına qəbul edilmiş, həmçinin potensial perspektivli əlvan və nəcib metal filizi yataqlarının istismara cəlb olunmasının geoloji-iqtisadi modelini hazırlamaq və şöbə müdirinə təqdim etmək;
* Cəmiyyətin dağ-mədən və geoloji-kəşfiyyat sahəsində iştirakçısı olduğu beynəlxalq layihələrin işinin optimallaşdırılması üçün aidiyyəti üzrə konsultativ təkliflər vermək;
* Cəmiyyətin geoloji-kəşfiyyat strategiyasının hazırlanması və onun həyata keçirilməsini öz səlahiyyətləri çərçivəsində iştirak etmək;
* Şöbənin filiz yataqları haqda informasiya və məlumat bazalarının, o cümlədən, yataqların ehtiyaclarının və resurslarının təsnifləşdirilməsinin metodiki əsaslarının yaradılmasını təşkil edilməsində iştirak etmək, təkmilləşdirilməsini təmin etmək;
* Cəmiyyətin geoloji-kəşfiyyat və dağ-mədən işləri sahəsində fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə cəmiyyətdaxili geoloji qurumların mütəxəssisləri ilə məsləhətləşmələr keçirmək və təhlillər aparmaq;
* Cəmiyyətin geoloji-kəşfiyyat işlərinin aparılmasına, yataqların müxtəlif üsullarla istismar sistemlərinin tədbiqinə dair metodiki göstəricilərin hazırlanmasında və bu işlərin icrasına nəzarət edilməsində iştirak etmək;
* Yerüstü xəritəalma və yerüstü sınaqlaşdırma bacarıqları, çöl işləri proqramının tərtib edilməsi;
* Buruq-qazma layihəsinin tərtibi, sınaqların hazırlanması;
* Sahə işlərinə rəhbərlik etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
* Komputer bilikləri: MS Office proqramları, 3 ölçülü mədən proqram təminatları ilə işləmə bacarığı (Surpac, Micromine və s.), 2 ölçülü proqram təminatı ArcGİS ilə işləmə bacarığı;
* Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə tələb olunur.
* Əməkdaşlıq, davamlı inkişaf, məsuliyyət, vizyon, planlaşdırma və təşkiletmə, liderlik bacarıqları.
* Azərbaycan Respublikasının dağ-mədən sahəsi üzrə qanunvericiliyindən məlumatlı olmaq;
* Ətraf mühitin mühafizəsi qaydaları haqqında məlumatlı olmaq;
* Yerin təki haqqında qanunu bilmək;
* Bərk faydalı qazıntılar üzrə geofiziki tədqiqat metodlarını bilmək;
* Geoloji və geotexniki sənədləşdirmə bacarığı;
* Geokimyəvi analizləri təhlil etmək bacarığı;
* Qızıl və polimetal filizləri üzrə metallurji tədqiqatlara dair biliklər;
* JORC və digər beynəlxalq standartlara uyğun işləmə bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:
* Magistr təhsili - Geologiya, Geologiya mühəndisliyi ixtisasları üzrə.
* Müvafiq sahədə minimum 5 il iş təcrübəsi.
Digər vakansiyalar