Təmir-tikinti üzrə mütəxəssis / Qeyri-filiz yataqlarının istismarı idarəsi / Təmir-tikinti və texniki təminat sahəsi üzrə

Vakansiyaya dair tələblər

Əsas vəzifə öhdəlikləri:
• Vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş müvafiq tədbirlərin icra edilməsində iştirak etmək;
• Aidiyyəti üzrə kargüzarlıq işlərini aparmaq və məxfilik rejimini təmin etmək;
• Rəsmi məktub, arayış, akt və digər sənədlərin hazırlanmasını təmin etmək;
• Sənədlərin aidiyyəti üzrə yönləndirilməsini və vaxtında icrasına nəzarət etmək;
• Bağlanmış müqavilələrə uyğun olaraq şöbəyə həvalə edilmiş işlər çərçivəsində Podratçı, İcraçı və Satıcı təşkilatlar tərəfindən yerinə yetirilmiş işlərin, həmçinin təhvil verilmiş malların qəbulunda iştirak etmək, onların texniki və keyfiyyət tələblərinə uyğunluğunu qiymətləndirmək və uyğun olduğu halda təhvil-təslim sənədlərini imzalamaq.

Tələb olunan biliklər və bacarıqlar:
• Azərbaycan dili səlis, İngilis və Rus dili biliyinin olması arzuolunandır;
• MS Office (Outlook, Word, Excel) proqramları üzrə işləmək bacarığı;
• Müvafiq qanunvericilik aktları və normalarını bilməli;

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil.
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.

İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.

Əməkhaqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar