Topa qələviləşdirmə üzrə operator / Çovdar inteqrəolunmuş regional emal sahəsi / Emal bölməsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• Topa qələviləşdirmə sahəsinin gündəlik fəaliyyətini təşkil edilməsində iştirak etmək;
• Topa qələviləşdirmə sahəsində sianidləşdirmə ilə əlaqədar boru xətlərinin çəkilməsini həyata keçirmək; Sianidləşdirmə prosesi ilə əlaqədar damcı və çiləyicilərin quraşdırılmasını təmin etmək;
• İstifadə edilən filterlərin mütəmadi təmizlənməsini təmin etmək;
• Topa qələviləşdirmə sahəsində dizayn işlərinin və konveyrlərin hərəkətinin, daşınmasının nəzarətdə saxlanılmasında iştirak etmək;
• Hovuzların mütəmadi nəzarətdə saxlanılmasında iştirak etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Əməkdaşlıq, Məsuliyyətlilik, Çeviklik, Qərarvermə, Problem həlletmə bacarıqları;
• Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Dağ-mədən sənayesi üzrə ilk peşə və ya orta ixtisası üzrə təhsil;
• Müvafiq və uyğun sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır.

İş qrafiki:

• Növbəli iş rejimi.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar