Videomüşahidə üzrə mütəxəssis / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Çovdar filiz emalı sahəsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
30.11.2023
Yenilənmə tarixi:
21.12.2023
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: Çovdar Filiz Emalı sahəsi və ehtiyac yaranarsa digər emal sahələrində uyğun kabelləşmənin edilməsi, müşahidə kameralarının quraşdırılması və sazlanması; Təhlükəsizlik sisteminə aid olan bütün kameraların təkmilləşdirmə işlərdə aktiv iştirak; NVR/DVR sazlamaq və optimizasiya etmək; NVR/DVR avadanlıqlarında və onlara bağlı saxlanc/yedəkləmə avadanlıqlarında raid massivlərinin yaradılması; IP kameralarla şəbəkə bağlantısının qurulması və fasiləsizliyini təmin etmək; HikCentral, iVMS və s. üzrə sazlanmaları etmək, habelə kamera proqram təminatı ilə istifadəçi kompüterlərində çıxan problemləri həll etmək; Kamera yaddaş disklərinin dolmasına, yedəklənməsinə və sazlığına nəzarət etmək; Kamera müşahidə sistemlərinin fasiləsiz işini təmin etmək; Kamera müşahidə sisteminə və onun komponentlərinə zəruri texniki dəstəyi və profilaktika xidmətini göstərmək; Baş verən hadisələrlə bağlı birbaşa rəhbərliyə vaxtında məlumat vermək; Kamera müşahidə sistemlərində müşahidə oluna biləcək kəsintilərin hesabatını aparmaq; Wi-Fi şəbəkə avadanlıqların (AP) sazlanması (UniFi və s.); Genişlənməkdə olan kamera müşahidə sistemlərinin aktual xəritəsini təmin etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri (texniki səviyyədə) arzuolunandır. Kamera sistemlərinin qurulması, sazlanması və texniki baxış (maintenance) üzrə biliklər; “HikCentral”, “iVMS” və s. kamera proqram təminatı üzrə administrativ biliklər; Raid massivləri haqqında biliklərə sahib olma; Kabel çəkmək və düzgün “Jack” (RJ-45) vurmaq bacarığı; Fiber-optik şəbəkə xəttləri ilə işləmə qabiliyyəti; “Wi-Fi” şəbəkə avadanlıqlarnan (Access Point) iş təcrübəsi; Baza/ilkin şəbəkə konfigurasiyası biliklərinə sahib olma; “Client” tipli əməliyyət sistemləri üzrə (Windows 7/8.1/10/11) ən azı power user səviyyəsində biliklər; NVR/DVR sazlamaq və optimizasiya etmək; NVR/DVR avadanlıqlarında və onlara bağlı saxlanc/yedəkləmə avadanlıqlarında “Raid” massivlərinin yaradılması; Detallara fikir vermək qabiliyyəti, komandada işləmə bacarığı, çeviklik və məsuliyyətlilik bacarığı, böyük ərazidə quraşdırılmış kamera sistememinin tamlığına nəzarət, hündürlükdə və çətin hava şəraitində işləmə qabiliyyəti; İş zamanı təhlükəsizlik qaydalarına (SƏTƏM) riayyət etmək.
Tələb olunan təhsil və iş təcrübəsi: Təhsil tələb olunmur. Müvafiq sahə üzrə ən azı 2 il təcrübə
İş qrafiki İş saatları: 08:00 – 17:00; Nahar fasiləsi: 12:00-13:00; Şənbə və Bazar istirahət günüdür.