Sektor müdiri / Maliyyə şöbəsi / Korporativ sistemlər və data idarəetməsi sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
10.04.2026
Yenilənmə tarixi:
02.04.2026
Vakansiyaya dair tələblər
Əsas vəzifə öhdəlikləri:
• Cəmiyyətdə istifadə olunan korporativ İT sistemlərinin (ERP, CRM və s.) fəaliyyətinə nəzarət etmək; • Məlumatların (data) düzgün idarə olunması, saxlanılması və təhlükəsizliyinin təmin edilməsi; • Analitik hesabat və məlumat sistemlərinin inkişafının təşkili və təkmilləşdirilməsi; • Korporativ sistemlərlə bağlı İT layihələrinin planlaşdırılması və effektiv idarə olunması; • Data standartlarının tətbiqi və məlumat keyfiyyətinə nəzarətin həyata keçirilməsi; • Aidiyyəti komandanın fəaliyyətinin təşkili, idarə olunması və koordinasiyası; • Biznes bölmələri ilə İT sistemləri arasında effektiv koordinasiyanın təmin edilməsi;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, İngilis dili yaxşı; • Verilənlər bazalarının idarə olunması və məlumatların emalı üzrə bacarıq; • Data analitikası və hesabatlılıq alətləri ilə işləmək bacarığı; • İT layihələrinin planlaşdırılması və idarə olunması bacarığı; • Analitik düşünmə, problemhəlletmə, qərarvermə, effektiv kommunikasiya, komanda idarəetmə bacarıqları;
Tələb olunan təhsil və iş təcrübəsi:
• İnformasiya texnologiyaları, kompüter elmləri və ya oxşar sahələr üzrə ali təhsil; • Müvafiq sahə üzrə minimum 5-10 il, idarəetmə sahəsində minimum 2-5 il iş təcrübəsi;
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.