• CİL zavodu üzrə aparılan prosesləri ən effektiv şəkildə idarə etmək; • İstehsalatla bağlı maliyyə hesabatlarını hazırlamaq; • İstehsalatın optimallaşdırılması ilə bağlı metallurji testlərin aparılması üçün təkliflər vermək; • Proses daxilində optimizasiya proqramları hazırlamaq və bu proqramları idarə etmək; • Kimyəvi maddələrin istifadəsində optimal göstəriciləri təyin edərək maliyyə avantajı əldə etmək, nəzarətdə saxlamaq və müvafiq hesabatları hazırlamaq, həmçinin bütün kimyəvi maddələrin istifadəsinə dair təlim təqdimatlarını hazırlamaq və zəruri təlimləri keçmək; • Əməyin mühafizəsi çərçivəsində istehsalatın davamlılığını təmin etmək; • Əməliyyatın çatışmazlıqlarını və tələblərini analiz edərək əməliyyata istiqamət vermək; • Proses dəyişikliklərinə əsasən istehsalat meneceri ilə məsləhətləşməklə əməliyyat planını hazırlamaq; • İstehsalatın gedişi və ya istehsalata təsir edən hər bir parametr barədə nəzarətçilərdən məlumat toplayaraq, lazım olan tədbirlərin görülməsinə qərar vermək; • Karbon sıyırma və dəyirman dayanma planlamalarını təşkil etmək; • Proses təlimatlarının və prosedurların yaradılmasını, hər bir təlimatın öyrədilməsini və icrasını təmin etmək; • İcra etdiyi işlərin qanunvericiliyə və Cəmiyyətdaxili qayda, prosedur və təlimatlara uyğun olmasına; • "İşə icazə" vərəqələri ilə görülməsi nəzərdə tutulan işlərin düzgün yerinə yetirilməsinin təmin edilməsi;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, Dürüstlük, Problem həlletmə bacarığı; • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı),Rus dili (yaxşı) • Microsoft Office proqramlarında işləmək bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsilin (kimya , kimya mühəndisliyi və metallurgiya ixtisaslarında bakalavr təhsilin) olması tələb olunur. • Müvafiq sahə üzrə təcrübə müddəti 5 il, Ümumi təcrübə müddəti 7 il, İdarəetmə təcrübəsi müddəti 4 il • Müvafiq sahə üzrə sertifikatın mövcudluğu arzuolunandır
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00 - dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.