ADE sahəsinin nəzarətçisi / Çovdar filiz emalı sahəsi / Əməliyyat bölməsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
Tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
19.03.2026
Yenilənmə tarixi:
06.04.2026
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər:
• Sianid tərkibli məhlul hovuzlarının istismarına nəzarət, məhlulun giriş-çıxış parametrlərinin mütəmadi monitorinqinin aparılması; • Adsorbsiya prosesinə operativ nəzarət, qiymətli metalların aktiv kömürə yüklənməsi prosesinin izlənilməsi və kömür çənlərində həcmin normativ göstəricilər çərçivəsində saxlanılmasının təmin edilməsi; • Yüklənmiş kömür üçün turşu məhlulunun hazırlanması, turşu ilə yuyulma və sonrakı neytrallaşdırma proseslərinə nəzarət; • Desorbsiya prosesinə nəzarət – aktiv kömürə yüklənmiş qiymətli metalların məhlula keçirilməsi və elektroliz yolu ilə metalların alınması prosesinin idarə olunması; • Desorbsiya mərhələsində qızdırıcı və soyuducu avadanlıqların düzgün və təhlükəsiz istismarına nəzarət; • Regenerasiya prosesinin təşkili – aktiv kömürün yenidən aktivləşdirilməsi, temperatur rejiminə və forsunkaların düzgün işləməsinə nəzarət, pres avadanlığının təmizlənməsi və yuyulmasının təmin edilməsi; • Kimyəvi reagentlərin normativlərə uyğun hazırlanmasının və dozalanmasının təşkili; • Kimyəvi tullantıların toplanması və çeşidlənməsi prosesinə nəzarət, ekoloji və təhlükəsizlik tələblərinə əməl olunmasının təmin edilməsi; • İstehsal planına uyğun olaraq adsorbsiya prosesində məhlul axınının fasiləsizliyinin təmin edilməsi; • Yanacaq çənlərinə nəzarət, yanacaq sərfiyyatının qeydiyyatının aparılması və hesabatının hazırlanması; • Anbar sahəsinin drenaj sisteminə nəzarət; • Fövqəladə hallar zamanı operativ və qabaqlayıcı tədbirlərin görülməsi; • ADE operatorlarının fəaliyyətinə nəzarət və rəhbərliyə mütəmadi məlumatın təqdim edilməsi; • Rəhbərliyin tapşırıqlarının icra vəziyyəti barədə məlumatların hazırlanmasında iştirak; • Gündəlik istifadə olunan kimyəvi maddələr, laboratoriyaya təqdim edilən nümunələr, desorbsiya-elektroliz və regenerasiya proseslərinin gedişi, həmçinin dizel sərfiyyatı üzrə gündəlik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi; • Avtoyükləyici (kiçik mexanizmlər) vasitəsilə yükqaldırma və yükdaşıma işlərinin icrası.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Məsuliyyətlilik, komanda ilə əməkdaşlıq bacarığı, dürüstlük və intizamlı iş yanaşması; • Analitik düşünmə və problem həlletmə bacarığı; • Özünü inkişaf etdirməyə və innovativ yanaşmaya meyillilik; • Azərbaycan dili – səlis; • Microsoft Office proqramlarında işləmə bacarığı (üstünlükdür).
Tələb olunan təhsil və iş təcrübəsi:
• Orta-ixtisas və ya peşə təhsili (müvafiq texniki istiqamətlər üzrə); ali təhsil üstünlükdür; • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (üstünlükdür); • Müvafiq sahə üzrə sertifikatların mövcudluğu arzuolunandır.
İş qrafiki:
• Növbəli iş rejimi.
Qeyd: İş yerinin Daşkəsən rayonunda yerləşməsi nəzərə alınaraq, yaxın bölgələrdə yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirmə sisteminə əsasən müəyyən edilir; • Beynəlxalq və yerli təlim və konfranslarda iştirak imkanı; • Müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ; • Nəqliyyat xidməti; • Rəqabətli mükafatlandırma sistemi.