ADE sahəsinin operatoru / Çovdar inteqrəolunmuş regional emal sahəsi / Emal bölməsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
Tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
02.10.2025
Yenilənmə tarixi:
07.10.2025
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər:
• Kimyəvi maddələri prosesə uyğun hazırlamaq; • Nasoslara və təzyiqə nəzarət etmək, sianid hovuzundan topa qələviləşdirmə sahəsinə gedən axına mütəmadi nəzarət etmək; • Aktiv kömürün ötürülməsini təmin etmək; • Turşu çənini dəyişmək, turşu məhlulu hazırlamaq; • Kaustik soda və sianid məhlulu hazırlamaq; • Turşu məhlulunu neytrallaşdırmaq; • Çənlərin altına axan aktiv kömürü təmizləmək; • Regenerasiya prosesini aparmaq; • Pressdən çıxan kömür qırıntılarını təmizləmək, pressi yumaq; • Kömür çənlərinin filterinə nəzarət etmək; • Çənlərdən kömürü yuyulma çəninə ötürmək; • Desorbsiya-Elektroliz prosesinə nəzarət etmək; • Elektroliz zamanı təzyiqə, temperatura axına və filterlərə nəzarət etmək; • Soyutma sistemi və kanal nasoslarına nəzarət etmək; • Zavoda gələn məhlulun giriş və çıxışından nümunə götürmək; • Ələklərə nəzarət və çirklənmiş ələkləri təmizləmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Əməkdaşlıq, Məsuliyyətlilik, Çeviklik, Qərarvermə, Problem həlletmə bacarıqları; • Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Dağ-mədən sahəsi üzrə ilk peşə və ya orta ixtisas təhsili; • Müvafiq və uyğun sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır.
İş qrafiki:
• Növbəli iş rejimi.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.