Vəzifə öhdəlikləri: • Mal-materialın yaxşı qorunub saxlanılmasını təmin etmək; • Mal-materialın anbara daxil olması, buraxılışı və saxlanılmasını təmin etmək; • Anbar əməliyyatının hesabatını aparmaq; • Yükün vəziyyətini yoxlayıb, zahirən nöqsan aşkarlandıqda, maddi qiymətlilərin dəyişdirilməsi üzrə tədbirlər görmək; • Giriş-çıxış sənədlərinin düzgün qeydiyyata alınması və anbar sahəsinə aid hesabatların aparılmasını təmin etmək; • İnventar və avadanlıqların yerləşdiyi ərazinin vaxtaşırı təmir olunmasına və yanğından mühafizə avadanlıqlarının anbarda olmasına nəzarət etmək; • Mal-material qiymətləndirilməsi inventarizasiyasında iştirak etmək; • Anbarda olan avadanlıqlar, malların mövcudluğuna və anbar daxili hərəkətlərinə nəzarət etmə; • Texniki təhlükəsizlik üzrə vəziyyəti və sanitar qaydalarını nəzarətdə saxlamaq;
Tələb olunan bilik, bacarıq və səriştələr: • MS Office proqramlarından istifadə etmək bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil arzuolunandır; • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.