Aparıcı hüquqşunas / Hüquq şöbəsi / Müqavilələrin hüquqi tənzimlənməsi sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
16.04.2026
Yenilənmə tarixi:
22.04.2026
Vakansiyaya dair tələblər
Əsas vəzifə öhdəlikləri: · Cəmiyyətin səlahiyyətlərinə aid olan məsələlərə dair müxtəlif xarakterli müqavilə layihələrini hazırlamaq, təkliflər vermək, səlahiyyətləri daxilində müqavilələrə rəy verib ekspertizasını aparmaq, müqavilələr üzrə zəruri sənədlərin təhlilini aparmaq və müqavilələrin bağlanması ilə əlaqədar digər zəruri tədbirləri həyata keçirmək; · Cəmiyyət adından bağlanılmış müqavilələrin reyestrininin aparılmasında iştirak etmək; · Müqavilə layihələrinin tərtibi zamanı nəzərə alınmalı olan müvafiq qanunvericiliyin imperativ tələbələrini araşdırmaq; · Müqavilələrin tərtibatının təkmilləşdirilməsinə dair sektor müdirinə təkliflər vermək; · Müqavilələr ilə əlaqədar müvafiq struktur bölmələrlə qarşılıqlı koordinasiya şəraitində işləmək; · Cərimə bildirişlərinin, cərimə bildirişlərinə dair reyestrin tərtibi və mütəmadi olaraq yenilənməsi; · Tapşırıq əsasında müqavilə üzrə danışıqlar aparılmasında iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: · Azərbaycan dili (səlis), İngilis dili (yaxşı); · Müvafiq qanunvericilik üzrə biliklər; · Microsoft Office və digər müvafiq sahə üzrə proqramlar; · Əməkdaşlıq, Problem həll etmə, Çeviklik, Təşəbbüskarlıq, Nəticə yönümlülük, Problem həlletmə bacarıqları
Tələb olunan təhsil və iş təcrübəsi: · Ali təhsil (Hüquq ixtisası üzrə) · Müvafiq sahə üzrə təcrübə müddəti: Ən azı 2 il
İş qrafiki: · Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: · Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. · Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. · Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. · Nəqliyyat xidməti. · Rəqabətli mükafatlandırma sistemi.