Aparıcı hüquqşünas (sosial məzuniyyətdə olan işçinin yerinə) / Hüquq şöbəsi / Normativ hüquqi təminat sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
▪Sektorun səlahiyyətinə daxil olan məsələlər üzrə dövlət qurumlarından, hüquqi və ya fiziki şəxslərdən daxil olan, o cümlədən bu istiqamətlərdə Cəmiyyət adından göndərilən hüquqi
əsaslı məktub, sorğu və müraciətlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət etmək şərti ilə yoxlanılmasında və zəruri olan digər hərəkətlərin yerinə yetirilməsində iştirak
etmək;
▪Qanunvericiliyi mütəmadi olaraq izləmək, baş verən aidiyyəti yeniliklər üzrə sektor müdirinə məlumatların təqdim olunmasında iştirak etmək;
▪Qanunvericilikdə baş verən yeniliklər və dəyişikliklərə dair qanunvericilik buraxılışlarını hazırlamaq və sektor müdirinə təqdim olunmasında iştirak etmək etmək;
▪Tapşırığa uyğun olaraq Cəmiyyətin fəaliyyəti ilə bağlı olan müxtəlif mövzularda qanunvericiliyin tələblərinə dair arayış və məlumatları hazırlamaq və sektor müdirinə təqdim etmək;
▪Cəmiyyətdaxili paylaşılması məqsədi ilə müxtəlif sahələr üzrə qanunvericiliyin tələblərinə dair mütəmadi olaraq Arayışların hazırlamasında, mövcud Arayışların qanunvericilikdəki dəyişikliklərə uyğunlaşdırılmasında iştirak etmək;
▪Cəmiyyətin iş nomenklaturuna daxil edilməsi nəzərdə tutulan sənədlər Siyahısının hazırlanmasında və siyahının təkmilləşdirilməsində iştirak etmək;
▪Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədi ilə tərtib edilmiş İMS sənədlərinin və müxtəlif məzmunlu normativ sənədlərin layihələrini hüquqi əsaslı yoxlamaq;
▪Şöbəyə aid fəaliyyət əmrlərinin hazırlanması;
▪Dövlət orqanı/qurumlarından daxil olmuş qanun layihələri və digər normativ aktların layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsində, müxtəlif normativ aktların layihələrinin hazırlanmasında iştirak etmək;
▪Sektorun fəaliyyəti ilə əlaqədar olaraq statistik və digər hesabatların hazırlanmasında iştirak etmək;
▪Sektorun fəaliyyət istiqamətləri üzrə hesabatlılığın təmin edilməsi məqsədi ilə müxtəlif məzmunlu reyestrlərin hazırlanmasında və daimi olaraq yenilənməsində iştirak etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
▪ Dil və komputer bilikləri: Azərbaycan dili səlis, İngilis dili yaxşı.Microsoft Office və digər müvafiq sahə üzrə proqramlar.
▪ Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı İnkişaf, Nəticə Yönümlülük, Çeviklik səriştəlikləri.

Tələb olunan təhsil və iş təcrübəsi:
▪ Ali hüquq təhsili;
▪ Müvafiq sahə üzrə təcrübə müddəti - ən azı 2 il tələb olunur.

İş qrafiki:
• İş saatları: 09:00 – 18:00;
• Nahar fasiləsi: 13:00-14:00;
• Şənbə və Bazar istirahət günüdür.
Digər vakansiyalar