Aparıcı mütəxəssis / Daşınmaz əmlakın idarəolunması şöbəsi
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
13.04.2026
Yenilənmə tarixi:
14.04.2026
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər: · Müəyyən edilən iş bölgüsünə və planlara uyğun fəaliyyət göstərmək; · Hesabatların hazırlanmasında və məlumatların toplanmasında iştirak etmək; · Torpaq sahələrinin kateqoriyasının və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi, dövlət ehtiyacları üçün alınması üzrə işləri icra etmək; · Daşınmaz əmlakların alqı-satqısı, icarəsi (kirayəsi), istifadəyə götürülməsi, servitut hüquqların əldə olunması və qeydiyyat proseslərini təmin etmək; · Daşınmaz əmlakların və qurğuların balansa götürülməsi, balansdan silinmə, balansdan-balansa keçirilməsi və bu əməliyyatlarla bağlı dövlət əmlakının Registrində qeydiyyat işlərini təmin etmək; · Daşınmaz əmlakların və qurğuların inventarizasiyası ilə əlaqədar işləri həyata keçirmək; · Yerin təkindən istifadə üçün razılıq və icazələrin alınmasını təşkil etmək; · Daşınmaz əmlakların sığortalanmasını təmin etmək və sığorta hadisələri zamanı müvafiq tədbirlər görmək; · Çöl-tədqiqat və kameral işlərin təşkili, yerquruluşu plan və sxemlərinin hazırlanmasını təmin etmək; · Sənədləşmə proseslərinin düzgün aparılmasına nəzarət etmək; · Daşınmaz əmlak və yerin təki üzrə coğrafi məlumat bazasının yenilənməsində iştirak etmək; · Dövlət və digər təşkilatlarla qarşılıqlı əməkdaşlıqda iştirak etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: · Azərbaycan dili (səlis), İngilis dili (orta); · Microsoft Office, AutoCad və ArcGis proqramları üzrə işləmək bacarığı; · Azərbaycan Respublikasının torpaq qanunvericiliyini bilməlidir; · Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını bilməlidir; · Yerin təkinə dair qanunvericilikdən məlumatlı olmalıdır; · Komanda ruhu, Şəxsi və peşəkar inkişafa yönümlülük, Araşdırma bacarığı, Məsuliyyət, Əməkdaşlıq, Dürüstlük, Çeviklik, Nəticə yönümlülük, Təşəbbüskarlıq.
Tələb olunan təhsil və iş təcrübəsi: · Ali təhsil (Yerquruluşu və torpaq müfəttişliyi, Torpaq kadastrı, Daşınmaz əmlakın kadastrı, Geodeziya mühəndisliyi və yaxın sahələr üzrə); · Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.
İş qrafiki: · Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: · Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. · Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. · Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. · Nəqliyyat xidməti. · Rəqabətli mükafatlandırma sistemi.