Aparıcı mütəxəssis / Daxili nəzarət şöbəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Daxili nəzarət alətlərindən istifadə etməklə Şirkətin mövcud vəziyyətini təhlil etmək, daxili nəzarət tədbirlərində, yoxlamalarda (daxili nəzarət sisteminin qiymətləndirməsində) və xidməti araşdırmalarda iştirak etmək, müvafiq məlumatların emalı və təhlilini aparmaq, daxili nəzarət sisteminin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər vermək;
• Şöbənin qısa və uzunmüddətli məqsədlərinə nail olmaq üçün aylıq planlar hazırlamaq və bu istiqamətdə təkliflər vermək;
• Daxili nəzarət tədbirləri, yoxlamalar (daxili nəzarət sisteminin qiymətləndirməsi) və xidməti araşdırmalar çərçivəsində riskləri aşkarlamaq, nəticələrinə dair hesabatlar hazırlamaq, bu istiqamətdə bütün lazımi sənədləşdirməni aparmaq;
• Şirkətin fəaliyyətini əhatə edən müxtəlif funksiya və proseslərin gedişatı barədə hesabatların və bu tipli digər sənədlərin düzgünlüyünü və etibarlılığını yoxlamaq;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət və təlim keçmə bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə və hesabat yazma səriştəsi.
• Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (arzuolunandır).
• Kompüter bilikləri: Microsoft Office, digər audit və statistik proqramlar.
• Şirkətin biznes modelini anlamaq, ağır sənaye və dağ-mədən sektoru üzrə məlumatlı olmaq.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Hüquq yönümlü ixtisas üzrə ali təhsil.
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (hüquq və ya daxili nəzarət sahələri üzrə iş təcrübəsinə malik olan şəxslər arzuolunandır).
Digər vakansiyalar