Aparıcı mütəxəssis / Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsi / Satınalmalar sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
29.12.2025
Yenilənmə tarixi:
06.01.2026
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər: · Sektorun iş planı, fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək; · Cəmiyyətin bütün satınalma prosedurları üzrə öncədən bazarın kompleks şəkildə öyrənmək; · Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması prosesini icra etmək; · Fəaliyyət istiqamətləri üzrə Cəmiyyətin rəhbərliyinin keçirdiyi iclas, görüş və digər bu kimi tədbirlərdə alınmış qərarla üzrə birbaşa rəhbəri tərəfindən verilən tapşırıqları icra etmək; · Cəmiyyətin davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə yeni potensial tədarükçülər tapılması və əsasında tədarükçü bazasının yaradılması; · Rəqabət mühitinin formalaşdırılması məqsədilə bazarın mövcud vəziyyəti və bazar imkanları barədə araşdırmaların aparılması istiqamətində verilən tapşırıqları icra etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: · “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli; · Təchizat və satınalma prosesləri və ümumi prinsipləri bilməli; · MS Office və SAP proqramları üzrə işləmə bacarığı; · Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı İnkişaf, Nəticə Yönümlülük, Çeviklik səriştəlikləri; · Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı.
Tələb olunan təhsil və iş təcrübəsi: · Ali təhsil · Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
İş qrafiki: · Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: · Əmək haqqı müsahibə əsnasında təyin olunur. · Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. · Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. · Nəqliyyat xidməti. · Rəqabətli mükafatlandırma sistemi.