Aparıcı mütəxəssis / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
20.12.2024
Yenilənmə tarixi:
06.01.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Şöbənin fəaliyyətinin təşkilində aidiyyəti üzrə iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq layihə menecerinə təqdim etmək; • Şöbənin fəaliyyət istiqamətləri üzrə müvafiq iqtisadi araşdırmaları və təhliləri aparmaq, nəticələrini layihə menecerinə təqdim etmək; • Cəmiyyətin aidiyyəti layihələrinin koordinasiyasında söbənin səlahiyyətləri çərçivəsində iştirak etmək; • Yataqların hasilat mərhələsinə qədərki dövrü üçün şöbənin səlahiyyətləri çərçivəsində layihələrin idarə olunmasında iştirak etmək; • Şöbənin səlahiyyətləri çərçivəsində aidiyyəti layihələrin icrası üçün Fəaliyyət Planları və iş qrafikinin tərtibində iştirak etmək; • Səlahiyyətləri çərçivəsində Cəmiyyətin aidiyyəti layihələrinin reyestrini hazırlanmasında iştirak etmək; • Şöbənin səlahiyyətləri çərçivəsində yeni investisiya layihələri üzrə aparılacaq müvafiq təhlillərdə iştirak etmək; • Şöbənin səlahiyyətləri çərçivəsində aidiyyəti layihələrlə bağlı texniki hesabatların təhlilində iştirak etmək; • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və digər proqramlar (PPT, Outlook); • Komanda ilə iş, risklərin idarə edilməsi, təhlil etmə, kommunikasiya, davamlı inkişaf və öyrənməyə açıq, tapşırıqların icra müddətlərinə uyğun təhvil vermək;
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil (İqtisadiyyat,texniki, texniki ixtisasları üzrə, MBA); • PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması; • Minimum 1 il müvafiq sahədə iş təcrübəsi;
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.