Aparıcı mütəxəssis / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
30.10.2025
Yenilənmə tarixi:
13.11.2025
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər: · Şöbənin fəaliyyətinin təşkilində aidiyyəti üzrə iştirak etmək, zəruri olan arayış və məlumatları hazırlayaraq layihə menecerinə təqdim etmək; · Şöbənin fəaliyyət istiqamətləri üzrə müvafiq iqtisadi araşdırmaları və təhlilləri aparmaq, nəticələrini layihə menecerinə təqdim etmək; · Cəmiyyətin aidiyyəti layihələrinin koordinasiyasında şöbənin səlahiyyətləri çərçivəsində iştirak etmək; · Yataqların hasilat mərhələsinə qədərki dövrü üçün şöbənin səlahiyyətləri çərçivəsində layihələrin idarə olunmasında iştirak etmək; · Cəmiyyətin aidiyyəti layihələrinin reyestrinin hazırlanmasımda iştirak etmək; · Aidiyyəti layihələrin icrası üçün Fəaliyyət planları və iş qrafikinin tərtibində iştirak etmək; · Yeni investisiya layihələri üzrə aparılacaq müvafiq təhlillərdə iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: · Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı); · Microsoft Office proqramları üzrə biliklər; Excel - yaxşı səviyyədə; · PowerPoint bacarıqları; · Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
Tələb olunan təhsil və iş təcrübəsi: · Ali təhsil (İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə); · Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik; · Ən azı 2 il müvafiq sahədə iş təcrübəsi.
İş qrafiki: · Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: · Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. · Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. · Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. · Nəqliyyat xidməti. · Rəqabətli mükafatlandırma sistemi.