Aparıcı mütəxəssis / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi / İxracat, strateji təhlil və planlaşdırma sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Şöbənin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq aidiyyatı üzrə təqdim etmək;
• Şirkətin strateji biznes planlaşdırılması prosesində iştirak etmək;
• Dünyada mədən sənayesində baş verən yeniliklər və inkişaf istiqamətlərini mütəmadi izlənmək və bu yeniliklərin Cəmiyyətdə tətbiqinə dair təkliflərin hazırlanmasında iştirak etmək;
• Sahə üzrə strateji araşdırmaların aparılmasının təmin edilməsində iştirak etmək;
• Sahənin inkişafı ilə bağlı strateji əməkdaşlıqların yaradılması, tərəfdaşların tapılmasının təmin edilməsində iştirak etmək;
• Qiymətli və nəcib metalların dünya bazarındakı qiymətinin və digər önəmli xəbərlərin təhlil edilməsində iştirak etmək;
• Şirkətin fəaliyyətinin iqtisadi səmərəliliyinin təhlil edilməsi və səmərəliliyin artırılması üçün müvafiq təkliflərin verilməsində iştirak etmək;
• Cəmiyyətin qısa, orta və uzunmüddətli məqsədlərinin planlaşdırılmasında və bu məqsədlərə çatmaq üçün görüləcək işlərin təhlil edilməsində iştirak etmək;
• Xarici şirkətlərlə biznes əməkdaşlıqlarının qurulmasında və inkişafında iştirak etmək;
• Aidiyyatı üzrə yeni investisiya layihələri üzrə aparılacaq təhlillərdə iştirak etmək;
• Yeni biznes imkanlarına dair təhlillərin aparılması və təkliflərin hazırlanmasında iştirak etmək;
• Yataqların istismarı istiqamətində dünya praktikası və mövcud vəziyyəti nəzərə alaraq alternativ biznes modellərinin dəyərləndirilməsində və müvafiq təkliflərin verilməsində iştirak etmək;
• Aidiyyatı üzrə layihələrlə bağlı texniki hesabatların təhlilində iştirak etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və digər proqramlar (PPT, Outlook)
• Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.

Tələb olunan təhsil və iş təcrübəsi:
• İqtisadiyyat, maliyyə, mühəndislik, biznesin idarə olunması ixtisasları üzrə ali təhsil, MBA;
• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.
Digər vakansiyalar