Aparıcı şəbəkə inzibatçısı / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Sistem və şəbəkə inzibatçılığı sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
06.03.2025
Yenilənmə tarixi:
12.03.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Cəmiyyətin şəbəkə inzibatçılığı sahəsində daxili qayda layihələrini hazırlamaqda əsas işin icrası; • Sistem və şəbəkə sektoruna aid texniki tapşırılqların hazırlanmasında əsas işin icrası; • Cəmiyyətin idarəetmə proseslərinin təkmilləşdirilməsində, o cümlədən texniki tapşırılqların hazırlanmasında şəbəkə inzibatçılığı məsələləri üzrə iştirak etmək, şəbəkə inzibatçılığı sahələri üzrə texniki tapşırıqları hazırlamaqda əsas işin icrası; • Cəmiyyətdə elektron informasiya sistemlərinin dayanıqlığına nəzarət üçün tələblərin təhlili və sənədləşdirilməsində, onların maraqlı tərəflə razılaşdırlmasında əsas işin icrası; • Cəmiyyətin şəbəkə infrastrukturunun yaradılması, təkmilləşdirilməsi, daim aktual saxlanması və dəstəklənməsi üçün tədbirlər görmək əsas işin icrası; • Firewall (PA/FortiGate/Cisco), L2/L3 switch (Cisco, HP), router üzrə təcrübə; • Corp. wireless systemləri üzrə təcrübə - UniFi, Cisco, Fortigate; • Cisco şəbəkə avadanlıqları ilə işləmə bacarığı; • Şəbəkə təhlükəsizliyi üzrə biliklər; • LAN/WAN, VPN texnologiyaları üzrə mükəmməl biliklər; • Şəbəkə avadanlıqlarının istehsalçı firmalarının (Cisco, Fortigate, Dell, HP və s.) məhsulları haqqında bilik və təcrübə; • IP-PBX üzrə dərin biliklər; • İnformatika, kompüter elmləri, rabitə, telekommunikasiya sahələri və/ya mahiyyətcə yaxın mühəndislik sahələri üzrə ali təhsil; • CCNP biliklərinin olması; • Comptia Security biliklərinin olması;
Tələb olunan bilik, bacarıq və səriştələr: * Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunan səviyyədə tələb olunur; * Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı; * Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları;
Tələb olunan təhsil və iş təcrübəsi: * Ali təhsil (İT üzrə təhsil arzuolunandır); * İT sahəsində ən azı 5 il, onlardan şəbəkə inzibatçısı kimi ən azı 3 il
İş qrafiki: * Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.