Aparıcı sistem inzibatçısı / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Sistem və şəbəkə inzibatçılığı sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
26.09.2024
Yenilənmə tarixi:
25.09.2024
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: * Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid texniki tapşırıqların hazırlamasında əsas işin icrası; * Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid dokumentasiya və prosedurların yazilmasında əsas işin icrası; * Cəmiyyətin elektron informasiya sistemlərinin və elektron informasiya ehtiyatlarının kənar müdaxilələrdən qorunması ilə bağlı qarşılıqlı fəaliyyətdə əsas işin icrası; * Cəmiyyətin mövcud sistem xarakterli avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri aradan qaldırmasında əsas işin icrası; * Cəmiyyətin mövcud sistem xarakterli avadanlıqların quraşdırması, tənzimləməsi və yenilənməsi proceslərində əsas işin icrası; * High availability sistemləri ilə iş təcrübəsi; * Windows Server 2012-2022 (GPO, DNS, DHCP, AD, WSUS, RADIUS, LAPS və s.) üzrə administrator səviyyəsində dərin biliklər; * Linux Servers (Ubuntu, CentOS etc.) – üzrə administrator səviyyəsində biliklər; * Hypervisor (ESXi, VCSA)– üzrə administrator səviyyəsində dərin biliklər; * CCNA səviyyəsində praktiki və nəzəri biliklər; * Monitoring alətləri üzrə təcrübə - Zabbix, ADAudit; * Backup sistemləri üzrə, ən azı biri ilə iş təcrübəsi - Veeam Backup & Replication/Nakivo və s. ; * Mail serverləri ilə iş təcrübəsi – Kerio/Exchange; * PowerShell üzrə script yazma təçrübəsi; * Corporate AV serverləri ilə təcrübə, ən azı biri ilə iş təcrübəsi - Kaspersky Endpoint Security, ESET Endpoint, Dr.Web Enterprise Security; * Hardware səviyyəsində fiziki serverlərnən, ən azı biri ilə iş təcrübəsi - HPE ProLiant, Lenovo, DELL enterprise servers və s.; * İnformatika, kompüter elmləri, rabitə, telekommunikasiya sahələri və/ya mahiyyətcə yaxın mühəndislik sahələri üzrə ali təhsil; * İT “outsource”, Bank, Hökümət sektorunda iş təcrübəsi; * Qeyd olunan sertifikatlardan əz azı biri: MCSA, MCP, RHCSA; VCP; * Bulud sistemləri ilə iş təcrübəsi; * Hyper-V, 2FA systems (MultiOTP, Rohos, və s.); * Firewall (PA/FortiGate/Cisco), L2/L3 switch (Cisco, HP), router üzrə müəyyən təcrübə; * IP-PBX üzrə (3CX, Asterisk) advanced təcrübəsi; * PatchManager, ADReporter, PRTG üzrə təcrübə; * Corp. wireless systemləri üzrə təcrübə - UniFi, Cisco;Forti * İT üzrə qaydaların və prosedurların yazılması təcrübəsi.
Tələb olunan bilik, bacarıq və səriştələr: * Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunan səviyyədə tələb olunur; * Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı; * Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi: * Ali təhsil (İT üzrə təhsil arzuolunandır); * İT sahəsində ən azı 5 il, onlardan sistem inzibatçısı kimi ən azı 3 il
İş qrafiki: * Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.