• Cəmiyyətin server, saxlanc, virtual mühit, əməliyyat sistemlərinin və server proqram təminatlarının işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsi, monitoringi, qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və görülməsi, səmərəliliyinin arıtılmasında əsas işin icrası; • Cəmiyyətin elektron informasiya sistemlərinin və elektron informasiya ehtiyatlarının kənar müdaxilələrdən qorunması ilə bağlı qarşılıqlı fəaliyyətdə əsas işin icrası; • Cəmiyyətin mövcud sistem xarakterli avadanlıqların quraşdırması, tənzimləməsi və yenilənməsi proseslərində əsas işin icrası; • Cəmiyyətin mövcud sistem xarakterli avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri aradan qaldırmasında əsas işin icrası; • Elektron məktub xidmətinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsi, sazlanması və dayanmalar meydana çıxdıqda aradan qaldırılmasında əsas işin icrası; • Rəhbərliyin tapşırığı ilə hesabatların hazırlanması; • Ehtiyat nüsxələrə nəzarət, zəruriyyət olduqda onların bərpası; • Cəmiyyətin müxtəlif İKT sistemlərdə icazələrin verilmesi, alınması, dəyişdirilməsi; • Cəmiyyətin müxtəlif İKT sistemlərdə istifadəçilərin yaradılması, pozulması, dəyişdirilməsi; • Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid dokumentasiyani daim aktual saxlanılması, habelə mühüm dəyişikliklərin sənədləşdirməsi; • Təhlükəsizlik yenilənmələrin və antivirus program təminatının serverlərdə və istifadəçi kompüterlərdə olmasına habelə düzgün işləməsinə nəzarət etmək; • Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid inkişafı istiqamətində təkliflər vermək; • Cəmiyyətin elektron informasiya sistemlərinin yaradılması, təkmilləşdirilməsi, daim aktual saxlanması və dəstəklənməsi üçün tədbirlər görmək; • Server və istifadəçi avadanlıqlarının zərərli proqramlardan qorunması istiqamətində fəaliyyət göstərmək; • Rəqəmsal telefon sisteminin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsi, istifadəçilərin mobil və beynəlxalq zənglərə çıxışın təmin olunması istiqamətində fəaliyyət göstərmək; • Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid layihələrində iştirak etmək; • Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid lisenziyaların quraşdırılması və mövcud licenziyaların bitməsinə nəzarət, habelə onların yenilənməsi üçün öncədən sorğuların yaradılması; • İKTT şöbəsində çalışan əməkdaşlarına (zəruriyyət yarandığında) dəstək • göstərmək. • Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid texniki tapşırıqların • hazırlamasında əsas işin icrası; • Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid dokumentasiya və prosedurların yazilmasında əsas işin icrası;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, Rus dili və İngilis dili arzuolunandır; • Windows Server ƏS üzrə baza, client tipli ƏS üzrə isə administrator səviyyəsində biliklər; • MacOs ƏS üzrə peşəkar biliklər; • PC, noutbukların təmiri üzrə (hardware) biliklər; • CCNA, İTİL, Servicedesk proqram təminatı (Manage Engine, Solarwinds, OTRS) üzrə nəzəri biliklər arzuolunandır. • “HikCentral”, “iVMS” və s. kamera proqram təminatı üzrə nəzəri biliklər; • Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları. Kompüter bilikləri:
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil ( İnformasiya texnologiyaları və aidiyyəti sahələr üzrə) • Müvafiq sahə üzrə 2 il; • Ümumi təcrubə müddəti 3 il.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.