Avadanlıq və qurğular üzrə texniki muavin / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Məsuliyyət:
Cəmiyyətin istehsalat sahələrində istismar olunan tutumlar üçün qarışdırıcılar, oksigen generatorları, hidrotexniki qurğular, fırlanan, hidravlik avadanlıqlar, çənlərdəki qarışdırıcılar, hava kompressorları, təzyiq çənləri,və s. qurğuların müntəzəm texniki baxımını və təmirinin təşkil edilməsi sisteminin qurulması və nəzarət olunması.

Əsas vəzifə və öhdəliklər:
• Avadanlıq və qurğuların profilaktik və önləyici baxım işlərinin planlaşdırılmasına və mütəmadi olaraq həyata keçirilməsinə nəzarət edilməsi və dayanıqlı sistemin təşkili;
• Zavodun işini dayandırmadan qəza təmir işlərinin icrası, texniki nasazlıqların operativ aradan qaldırılmasına birbaşa rəhbərlik etməsi;
• Zavodun avadanlıq və qurğularının boşdayanmasının qarşısının alınması üçün önləyici tədbirlər planının hazırlanması və icrasına nəzarətin təşkil edilməsi;
• Baxım planlarının formalaşmasına və icrasına nəzarətin təşkil edilməsi;
• Ehtiyat hissələrinin və avadanlıqlara xidmətlər üzrə təchizat proqramının izlənməsi və koordinasiyası;
• Avadanlığın iş göstəricilərinin daimi monitorinqi, məhsuldarlığın artırılması və enerji səmərəliliyinin təmin edilməsi;
• Avadanlıqların titrəyişi, istilik və digər kritik göstəricilərinin monitorinqi üçün mütəmadi yoxlamaların aparılması;
• Sabit,dönən,titrəyən,qovan,generasiya edən və bununla məhdudlaşmayan digər mexaniki avadanlıq və qurğular üzrə, o cümlədən avtomatika sisteminin sabit işləməsinin təşkil edilməsi üçün kompleks plan tədbirlərin təşkili;
• Potensial texniki problemlərin vaxtında müəyyən edilməsi üçün diaqnostik analizlərin aparılması;
• Texnoloji avadanlıq və qurğuların modernizasiyası üçün layihələrin hazırlanması və icrası;
• Texnoloji Yeniliklərin Tətbiqi: Yeni texnologiyaların və avadanlıqların tətbiqi ilə zavodun səmərəliliyinin artırılması;
• Zavodda istifadə olunan texniki avadanlıqların təhlükəsizlik standartlarına uyğun işlədilməsi;
• Texniki risklərin və potensial təhlükələrin müəyyən edilməsi və onların aradan qaldırılması üçün tədbirlər görülməsi;
• Texniki avadanlıqların ətraf mühitə təsirini minimuma endirmək üçün tədbirlərin görülməsi;
• Avadanlıqların saxlanması və təmir işləri üçün ayrılmış büdcənin planlaşdırılması və idarə edilməsi;
• Avadanlıqların və ehtiyat hissələrinin səmərəli istifadəsi üçün strategiyaların hazırlanması və tətbiqi;
• Texniki xərcləri azaltmaq və iş səmərəliliyini artırmaq üçün tədbirlərin hazırlanması;
• Avadanlıq və qurğular üzrə texniki komandanın idarə edilməsi, tapşırıqların verilməsi və işlərin koordinasiyası;
• Texniki avadanlıq və qurğuların vəziyyəti, Avadanlıqların faydalı iş əmsalı üzrə işləməsini və sıradan çıxma amillərin müəyyən edilməsi üçün kompleks tədbirlərin təşkili;
• Zavodun modernizasiya, genişlənmə və ya yenilənmə layihələrinin texniki aspektlərinin idarə edilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Microsoft Office və ERP proqramlarında işləmək bacarığı; (AutoCad proqramı bilikləri arzuolunandır)
• Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili və Rus dili yaxşı səviyyədə tələb olunur;
• Liderlik, innovativlik, strateji düşüncə, kommunikasiya, problem həll etmə, qərarvermə , nəticəyönümlülük, dəyişikliklərin idarə edilməsi bacarıqları tələb olunur.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Mexanika mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil;
• Avadanlıq və qurğuların texniki baxımı və təmiri sahəsində ən azı 5 il mexanik kimi iş təcrübəsi, İdarəetmə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.

İş qrafiki:
* Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar