Avtomatika üzrə elektrik / Təmir-tikinti və texniki təminat şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsinin Energetika bölməsi

Vakansiyaya dair tələblər

Vəzifə öhdəlikləri:
• Müxtəlif güclü yarım stansiyaların layihələndirilməsinin təşkilində iştirak etmək;
• Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə bağlı avadanlığa səlahiyyətləri çərçivəsində xidmət göstərmək;
• Cəmiyyətdə müvafiq istehsal proseslərinin müasir informasiya texnologiyaları elementləri əsasında kompleks avtomatlaşdırılması və mexanikləşdirilməsi işlərinin icra olunması;
• Nəzarət Ölçü Cihazları və Avtomatika vasitələri, onların iş prinsipi, quraşdırma və sazlama qaydaları əsasında müvafiq işlərin icra olunması;
• Nəzarət Ölçü Cihazları və Avtomatika vasitələri üzrə lahiyələrdə cihaz və avadanlıqların şərti işarələrinin təmin olunmasını, həmçinin, elektrik dövrə sxemləri əsasında müvafiq işlərin icra olunması;
• Elektrik generatorlarının, alternativ enerji qurğularının istismarı və texniki xidmətinə nəzarət edilməsində iştirak etmək və lazımı tədbirlərin icra olunması;
• Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq səlahiyyətləri çərçivəsində müvafiq layihələndirilmə işlərini həyata keçirmək;
• Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, iş həcmlərinin hesablanmasında iştirak etmək;
• Mövcud olan elektrik dövriyyəsinə uyğun alınmış yarım stansiyaların istismarı və texniki xidməti üzrə lazımı dəstəyin göstərilməsi;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• MS Office (Outlook, Word, Excel),
• Ethernet/IP, Profibus sənaye şəbəkələri;
• Ölçü-nəzarət cihazları və 4–20 mA / HART siqnalları;
• Loop-check, kalibrləmə və nasazlıqların aradan qaldırılması;
• Elektrik və avtomatika sxemlərinin oxunması.
• Müvafiq sahə üzrə uyğun sertifikatın olması arzuolunandır;

Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə Orta ixtisas və ya peşə təhsili
• Müvafiq sahə üzrə 2 il iş təcrübəsi.

İş qrafiki:
• İş qrafiki gündə 7 saatdan, həftə ərzində isə 35 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar