Baş geoloq / Geoloji kəşfiyyat şöbəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Əlvan, nəcib və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, yeni texnologiyaların tətbiqini, həmçinin bu sahənin inkişafı ilə bağlı digər məsələlər haqda konseptual və ya korporativ məlumatlar toplusu hazırlanmasında iştirak etmək;
• Şöbənin fəaliyyət istiqamətlərinə uyğun əlvan, nəcib və qara metal yataqları haqqında məlumatları toplamaq, sistemləşdirmək və bu əsasda məlumat bazasının yaradılmasını təşkilində şöbə müdirinə dəstək göstərmək;
• Perspektivli sahələrin qiymətləndirilməsi üzrə tərtib olunmuş proqram və layihələrin hazırlanmasına rəhbərlik etmək;
• Şöbənin fəaliyyət istiqamətlərinə uyğun perspektivli sahələrin qiymətləndirilməsi üzrə tərtib olunmuş proqram və layihələrin hazırlanmasında iştirak etmək;
• Kəşfiyyatı tamamlanmış əlvan, nəcib və qara metal filizi yataqlarının ehtiyat və resurslarının müəyyən olunmuş qaydada hesablanmasını həyata keçirilməsində iştirak etmək və onların faydalı qazıntı ehtiyatlarının Dövlət Komissiyasında baxılması və dövlət balansına qəbul olunması üzrə qrupa rəhbərlik etmək;
• Faydalı qazıntı ehtiyatlarının dövlət balansına qəbul edilmiş, həmçinin potensial perspektivli əlvan və nəcib metal filizi yataqlarının istismara cəlb olunmasının geoloji-iqtisadi modelini hazırlamaq və şöbə müdirinə təqdim etmək;
• Cəmiyyətin dağ-mədən və geoloji-kəşfiyyat sahəsində iştirakçısı olduğu beynəlxalq layihələrin işinin optimallaşdırılması üçün aidiyyəti üzrə konsultativ təkliflər vermək;
• Cəmiyyətin geoloji-kəşfiyyat strategiyasının hazırlanması və onun həyata keçirilməsini öz səlahiyyətləri çərçivəsində iştirak etmək;
• Şöbənin filiz yataqları haqda informasiya və məlumat bazalarının, o cümlədən, yataqların ehtiyatlarının və resurslarının təsnifləşdirilməsinin metodiki əsaslarının yaradılmasını təşkil edilməsində iştirak etmək, təkmilləşdirilməsini təmin etmək;
• Azərbaycan Respublikasının dağ-mədən sahəsi üzrə üzrə qanunvericiliyindən məlumatlı olmaq;
• Yer təki haqqında qanunu bilmək;
• Faydalı qazıntı yataqlarının genezisi, əmələgəlməsi və formalaşması üzrə biliklərə sahib olmaq;
• Hidrotermal dəyişmə oreolları və onları təyin etmək;
• Süxur nümunələrinin mineraloji və petroloji xüsusiyyətlərinin təyini üzrə biliklərə sahib olmaq;
• Tarixi geoloji məlumatları düzgün şəkildə təhlil etmək və rəqəmsallaşdırmaq;
• Kəşfiyyat işlərinin təhlükəsiz şəkildə aparılmaq, əməkdaşların təhlükəsizlik təlimlərində iştirakı və potensial riskləri idarə etmək;
• Dövlət proqramların icrasına nəzarət etmək;
• Hesabatları hazırlamaq.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dilini səlis, ingilis dili əla və rus dilinin orta səviyyədə olması, həmçinin IELTS və WES sertifikatları arzuolunandır;
• Microsoft Office proqramları üzrə işləmək bacarığı;
• Ümumi geoloji biliklər;
• Sahə işlərinə rəhbərlik etmək;
• JORC və digər beynəlxalq standartlara uyğun işləmə, region və cəmiyyətin aktiv kəşfiyyat işləri apardığı sahələr üzrə geoloji biliklərə sahib olmaq və məlumatların interpretasiya edilməsi bacarığı;
• Geoloji məlumat bazalarını idarə etmək və xüsusi proqram təminatı (ArcGis, Micromine, AutoCAD və s.) ilə işləmək bacarığı;
• Məsuliyyətlilik, Analitik düşünmə bacarığı, Əməkdaşlıq, Çeviklik, Məqsədyönlülük, Nizam-intizam, Punktuallıq, Operativlik.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə Ali təhsil;
• Müvafiq sahə üzrə 5 il iş təcrübəsi.

İş qrafiki:
* Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar