Əsas vəzifə və öhdəliklər: • Xırdalama sahəsində aparılan qırma və xırdalama əməliyyatlarına nəzarət etmək; • Aqlomerasiya prosesi üçün lazım olan qarışıqların düzgün əlavəsinə nəzarət etmək; • Topa qələviləşdirmə sahəsində qələviləşdirmə prosesinə, Adsorbsiya, Desorbsiya və Emal zavodunda kömürlə adsorbsiya və desorbsiya-elektroliz əməliyyatlarına, kömürün regenerasiyası prosesinə nəzarət etmək; • Laboratoriyada filizdən qızıl çıxımının təyini üçün aparılan testlərə və digər testlərə nəzarət etmək; • Götürülən nümunələrin və nümunə götürülmə üsulunun yaxşı olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək; • Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək; • Emal sahəsi və qızıl otağında maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək; • Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək; • Hasilat prosesi barədə günlük, həftəlik və aylıq hesabatların verilməsinə nəzarət etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi; • İstehsalat sahələrinin beynəlxalq standartların tələblərinə uyğun idarəolunması qaydalarını bilməli;. • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil (müvafiq sahə üzrə); • Minimum 6 il müvafiq sahədə iş təcrübəsi.