Baş mütəxəssis / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Mətbuatla iş sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
21.11.2025
Yenilənmə tarixi:
04.12.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Cəmiyyətin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Cəmiyyət tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasında iştirak etmək; • Cəmiyyətin fəaliyyətinə dair çap, video və foto materialların arxivini təşkil etmək; • Cəmiyyətin tanıtım materiallarının hazırlanması (təqdimatlar, korporativ kitablar, broşurlar və s.) və ictimaiyyətə təqdim edilməsini təşkil etmək; • Cəmiyyətin maraq dairəsində ola bilən tədbirləri araşdırmasında və bu tədbirlərdə (ictimai tədbirlər, prezentasiyalar, sərgilər, konfranslar və s.) Cəmiyyətin nümayəndələrinin yüksək səviyyədə iştirakını təmin edilməsində və tənzimləməsində iştirak etmək; • Cəmiyyətin sosial informasiya siyasətinin formalaşdırılması üçün təkliflər vermək; • Şöbənin dövrlər üzrə iş planının tərtib edilməsində və müvafiq hesabatların hazırlanmasında iştirak etmək; • Şöbənin sifarişçisi olduğu müqavilələri nəzarətdə saxlayaraq uçotun aparılması; • Şöbənin illik büdcəsi və dövrlər üzrə büdcə planını tərtib olunmasında iştirak etmək; • Cəmiyyətin təşkilatçısı olduğu konfransların, tədbirlərin, seminarların, görüşlər və digər tədbirlərə dair tələb olunan çap və əyani vəsaitələrini təmin olunmasında iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Azərbaycan dili səlis, Rus dili və İngilis dilləri arzuolunandır; • Microsoft Office və 1C proqramları üzrə biliklər; • Müvafiq sahə üzrə sertifikatlar arzuolunandır; • Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Təşəbbüskarlıq, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali ((jurnalistika, PR, beynəlxalq münasibətlər və əlaqəli sahələr üzrə ixtisaslaşmaya üstünlük veriləcək); • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.