Əsas vəzifə və öhdəliklər: • Layihə büdcəsini hazırlamaq, izlənməsini və faktiki xərclərlə müqayisəsini aparmaq, zəruri maliyyə arayışlarını və məlumatları hazırlayaraq layihə menecerinə və / və ya Cəmiyyətin rəhbərliyinə təqdim etmək; • Layihənin xərcləri üzrə tələb olunan iqtisadi araşdırmalar və təhlillər aparmaq, nəticələrini layihə menecerinə təqdim etmək; • Cəmiyyətin aidiyyəti layihələrinin maliyyə məsələləri koordinasiyasında şöbənin səlahiyyətləri çərçivəsində iştirak etmək; • Layihə üzrə büdcə nəzarəti və xərclərin idarə olunmasında şöbənin səlahiyyətləri çərçivəsində iştirak etmək; • Layihə üzrə maliyyə risklərin, sapmalarının və onların layihəyə təsirinin müəyyənləşdirilməsində, onların aradan qaldırılması üzrə tədbirlərin hazırlanmasında iştirak etmək; • Podratçı fakturalarını nəzərdən keçirmək, öhdəlikləri izləmək və xərclərin müqavilə şərtlərinə uyğunluğunu təmin etmək; • Şöbənin səlahiyyətləri çərçivəsində aidiyyəti layihələrlə bağlı maliyyə və idarəetmə hesabatlarının hazırlanmasında və təhlilində iştirak etmək; • Risk nəzarəti mexanizmlərinin tətbiqində və layihə üzrə risklərin mütəmadi monitorinqində iştirak etmək; • Aidiyyəti layihələrin risk reyestrinin hazırlanmasında iştirak etmək; • Layihələrin icrası üçün fəaliyyət planları və iş qrafiklərinin tərtibində iştirak etmək; • Yeni investisiya layihələri üzrə aparılacaq müvafiq maliyyə və iqtisadi təhlillərdə iştirak etmək; • İdarəetmə üçün analitik hesabatların və proqnozların hazırlanmasında iştirak etmək; • Müvafiq daxili siyasət və beynəlxalq standartlara uyğunluğun təmin edilməsində aidiyyəti üzrə iştirak etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Azərbaycan dili (mükəmməl), İngilis (əla) və Rus dilləri (yaxşı); • Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik; • Büdcələmə, proqnozlaşdırma, xərc bölgüsü və maliyyə hesabatlılığı üzrə dərin bilik və bacarığı; • Xərclərin layihədən necə keçdiyini anlamaq (commitments, accruals, actuals) bacarığı; • Risklərin idarə edilməsi bacarığı; • Güclü analitik və hesablama bacarığı; • Proqnozlaşdırma və irəliyə doğru düşünmə bacarıqları; • Müqavilə və satınalma üzrə bilikləri; • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil (İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə üzrə). • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi.
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı müsahibə əsnasında təyin olunur. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.