Katibə / İdarə Heyətinin katibliyi

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:

Cəmiyyətin fəaliyyəti ilə bağlı rəhbərliyin baxışı, təsdiqi və imzası üçün təqdim olunan sənədləri qəbul etmək, müvafiq qaydada hazırlamaq və rəhbərliyə təqdim etmək;
Daxil olan məlumat və sənədlərin təyinatı üzrə təsnifatını, sistemləşdirilməsini və qeydiyyatını həyata keçirmək;
Rəhbərliyin imzasına təqdim olunan sənədləri gün ərzində cəmləşdirərək müəyyən edilmiş qaydada rəhbərliyə təqdim etmək;
Rəhbərliyin tələb etdiyi məlumatların aidiyyəti struktur bölmələrdən əldə olunmasını koordinasiya etmək və toplanmış məlumatları rəhbərliyə təqdim etmək;
Rəhbərliyin Cəmiyyətin struktur bölmələri və digər qurumlarla telefon və digər kommunikasiya vasitələri üzərindən əlaqələrini koordinasiya etmək;
Rəhbərliyin görüş və müşavirələrinin vaxtını planlaşdırmaq, müvafiq qrafikləri hazırlamaq və keçiriləcək görüşlər barədə aidiyyəti şəxslərin vaxtında məlumatlandırılmasını təmin etmək;
İdarə Heyətinin iş yerinin zəruri dəftərxana ləvazimatları və texniki-təşkilati vasitələrlə təmin olunmasını təşkil etmək;
Qonaqları qarşılamaq və aidiyyəti üzrə yönləndirmək;
Daxil olan telefon zənglərini cavablandırmaq və aidiyyəti üzrə yönləndirmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

Azərbaycan dilini mükəmməl, rus dilini sərbəst bilmək;
Microsoft Office proqramlarından yaxşı istifadə bacarığı;
Yüksək ünsiyyət və təşkilatçılıq bacarıqları, vaxtın səmərəli idarə edilməsi və prioritetlərin müəyyənləşdirilməsi bacarığı, operativlik, çeviklik, problem həll etmə, dürüstlük və məsuliyyətlilik.

Tələb olunan təhsil və iş təcrübəsi:
Ali təhsil arzuolunandır;
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.

İş qrafiki:
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar