Baş mütəxəssis / Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsi / Satınalmalar sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Cəmiyyətin satınalma planına uyğun olaraq, ehtimal dəyəri 100.000 AZN-dən yuxarı olan mal, iş və ya xidmətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satınalınmasını (Ehtimal qiymətinin hazırlanması və protokollaşdırılması, Əsas Şərtlər Toplusunu hazırlamaq, sifarişçi və Satınalma Komissiyası ilə razılaşdırılmasını, müvafiq qaydada elan olunmasını təmin etmək və s.) tender prosesinin idarəolunmasını təşkil etmək və tender təkliflərini təhlil edərək nəticəsi barədə Satınalma Komissiyasına məlumat vermək;
• Tenderin nəticələrinə dair yekun protokolu hazırlamaq və Satınalma Komissiyası tərəfindən imzalanmasını təmin etdik, proses Dövlət Satınalmaları Qaydalarına uyğun keçirilərsə protokol imzalandıqdan sonra müvafiq icra hakimiyyəti orqanına qeydə alınması üçün göndərilməsini təşkil etmək;
• Tender müqavilələrin hazırlanması prosesində iştirak etmək və mümkün sənədlərin təmin edilməsinə dəstək olmaq;
• Mal, iş və ya xidmətlərin bir mənbədən satınalma metodu əsasında icrası istiqamətində Cəmiyyətin Satınalma Qaydalarına/qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq addımların atılması;
• Şöbənin fəaliyyətinə dair Hesabatların hazırlanması, analizi, satınalma sorğularının hazırlanması və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;


Tələb olunan bilik, bacarıq və səriştələr:
• “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli;
• Təchizat və satınalma prosesləri və ümumi prinsipləri bilməli;
• Tender sahəsində azı 2 il iş təcrübəsi;
• MS Office proqramları və ERP üzrə işləmə bacarığı;
• Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı İnkişaf, Nəticə Yönümlülük, Çeviklik səriştəlikləri;
• Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil.
• Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi

İş qrafiki:
* Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi
Digər vakansiyalar