Baş mütəxəssis / Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi / Sənədlərlə iş və arxiv sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Cəmiyyətdə kargüzarlıq işinin müvafiq qaydalar əsasında həyata keçirilməsində iştirak etmək;
• Cəmiyyətdə sənədlərin icra müddətinə nəzarət etmək, tapşırıqların icrası barədə təhlil aparmaq və bu barədə sektor müdirinə mütəmadi olaraq məlumatlar təqdim etmək;
• Sektorun səlahiyyətlərinə daxil olan məsələlər üzrə hökumət və qeyri-hökumət təşkilatları ilə danışıqların, sorğuların müvafiq qaydada aparılmasının təşkil edilməsində iştirak etmək;
• Sənədlərin hazırlanmasında, tərtib edilməsində, və idarə olunmasında iştirak etmək;
• Məktubların düzgün tərtibi, məzmunun aydın ifadə edilməsi və üslubuna nəzarət etmək;
• Cəmiyyətdə kargüzarlıq işini müvafiq qaydalar əsasında həyata keçirilməsində iştirak etmək;
• Verilmiş əmr və sərəncamların vaxtında rəsmiləşdirilməsinin, artırılmasının və lazımi ünvanlara çatdırılmasının təşkil olunmasında iştirak etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili, Rus dili arzuolunandır;
• Microsoft Office proqramlarında yaxşı işləmək səviyyədə bacarığı ;
• Məsuliyyət, Əməkdaşlıq, Çeviklik, Kreativlik, Analitik düşüncə, Araşdırma bacarığı;

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil tələb olunur;
• Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;

İş qrafiki:
* Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar