Baş mütəxəssis (sosial məzuniyyətdə olan işçinin yerinə) / Geoloji kəşfiyyat şöbəsi / Geoloji-geofiziki məlumatların təhlili sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
08.11.2024
Yenilənmə tarixi:
14.11.2024
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Şöbənin fəaliyyəti ilə əlaqədar olaraq təminat sifarişlərinin yerinə yetirilməsi; • Buruqqazma məlumatlarının yoxlanması və işlərin gedişatının izlənilməsində iştirak etmək; • Geoloji kəşfiyyat işləri ilə bağlı aylıq və illik hesabatların hazırlanmasında, Geoloji-geofiziki məlumatların təhlilində iştirak etmək; • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq-müasir innovativ metodlar haqında məlumatların izlənilməsi və toplanmasında iştirak etmək; • Çöl şəraitində toplanmış sınaqların laboratoriyaya göndərilməsini və yerinə yetirilmiş analiz nəticələrinin aidiyyəti üzrə çatdırılmasını təşkil etmək; • Layihələndirilən sahələrin ilkin iqtisadi səmərəliliyini araşdırmaq və təkliflər hazırlamaq; • Dövlət qurumlarından daxil olan müvafiq məktubların aidiyyəti üzrə cavablandırılmasını təmin etmək; • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; • Əməyin təhlükəsizliyi normalarına əməl etmək; • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək; • Ezamiyyətlərə getməyə hazır olmalı;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Komputer bilikləri: MS Office proqramları, ArcGiS Desktop&Extensions, ArcGiS Server, Mapİnfo Professional, Yüksək riyazi analiz qabiliyyəti və analitik düşünmə; • Dil bilikləri: Azərbaycan dili səlis, Rus yaxşı səviyyədə tələb olunur; • Əməkdaşlıq, davamlı inkişaf, məsuliyyət, vizyon, planlaşdırma və təşkiletmə, liderlik bacarıqları;
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil (Geologiya, Geologiya və geofizika mühəndisliyi) • Müvafiq sahədə minimum 3 il
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.