Baş mütəxəssis / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi

Vakansiyaya dair tələblər

Əsas vəzifə öhdəlikləri:
• Layihə büdcəsini hazırlamaq, izlənməsini və faktiki xərclərlə müqayisəsini aparmaq, zəruri maliyyə arayışlarını və məlumatları hazırlayaraq layihə menecerinə və / və ya Cəmiyyətin rəhbərliyinə təqdim etmək;
• Layihənin xərcləri üzrə tələb olunan iqtisadi araşdırmalar və təhlillər aparmaq, nəticələrini layihə menecerinə təqdim etmək;
• Cəmiyyətin aidiyyəti layihələrinin maliyyə məsələləri koordinasiyasında şöbənin səlahiyyətləri çərçivəsində iştirak etmək;
• Layihə üzrə büdcə nəzarəti və xərclərin idarə olunmasında şöbənin səlahiyyətləri çərçivəsində iştirak etmək;
• Layihə üzrə maliyyə risklərin, sapmalarının və onların layihəyə təsirinin müəyyənləşdirilməsində, onların aradan qaldırılması üzrə tədbirlərin hazırlanmasında iştirak etmək;
• Podratçı fakturalarını nəzərdən keçirmək, öhdəlikləri izləmək və xərclərin müqavilə şərtlərinə uyğunluğunu təmin etmək;
• Şöbənin səlahiyyətləri çərçivəsində aidiyyəti layihələrlə bağlı maliyyə və idarəetmə hesabatlarının hazırlanmasında və təhlilində iştirak etmək;
• Risk nəzarəti mexanizmlərinin tətbiqində və layihə üzrə risklərin mütəmadi monitorinqində iştirak etmək;
• Aidiyyəti layihələrin risk reyestrinin hazırlanmasında iştirak etmək;
• Layihələrin icrası üçün fəaliyyət planları və iş qrafiklərinin tərtibində iştirak etmək;
• Yeni investisiya layihələri üzrə aparılacaq müvafiq maliyyə və iqtisadi təhlillərdə iştirak etmək;
• İdarəetmə üçün analitik hesabatların və proqnozların hazırlanmasında iştirak etmək;
• Müvafiq daxili siyasət və beynəlxalq standartlara uyğunluğun təmin edilməsində aidiyyəti üzrə iştirak etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili, Rus dili və İngilis dil bilikləri (əla səviyyədə);
• Microsoft Office bilikləri (əla səviyyədə);
• Büdcələmə, proqnozlaşdırma, xərc bölgüsü və maliyyə hesabatlılığı üzrə dərin bilik;
• Xərclərin layihədən necə keçdiyini anlamaq (commitments, accruals, actuals);
• Risklərin idarə edilməsi bacarıqları;
• Güclü analitik və hesablama bacarıqları;
• Təfərrüatlara diqqət;
• Proqnozlaşdırma və irəliyə doğru düşünmə bacarıqları;
• Müqavilə və satınalma üzrə baza bilikləri;
• MS Project bilikləri;
• PMP və ya IPMA sertifikatı;
• Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə üzrə).
• Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi (mühəndislik üzrə təcrübə)

İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.

Əməkhaqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar