Baş mütəxəssis / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi / İnvestisiya və data analitikası sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• Cəmiyyətin əsas fəaliyyət istiqamətlərini (əməliyyat, maliyyə və s.) özündə əks etdirən konsolidə edilmiş İdarəetmə Hesabatının hazırlanması (Developer alətlərindən də istifadə etməklə Excel üzərində dinamik dashboard formatında);
• Müxtəlif əməliyyat və maliyyə göstəriciləri üzrə müqayisəli təhlillərin aparılması (Plan-Fakt təhlilləri);
• İdarəetmə Hesabatlarının optimallaşdırılması və vizuallaşdırılması istiqamətində işlərin icrasını həyata keçirmək; potensial həll yolları və alətlər haqqında araşdırmaların aparılması;
• Cəlb olunan məsləhətçilərin iştirakı ilə mövcud İdarəetmə Hesabatlarının BI alətlərinə (Power BI və ya Tableau) inteqrasiyasını həyata keçirmək və şöbə adından prosesi idarə etmək, BI alətlərinə keçid prosesini Cəmiyyət və Məsləhətçi arasında koordinasiya etmək;
• Cəmiyyətin müxtəlif yataqlarının səmərəliliyinin qiymətləndirilməsində və Maliyyə Modellərinin hazırlanmasında dəstək vermək;
• Müxtəlif mənbələrdən (açıq mənbələr, Cəmiyyətin müxtəlif struktur bölmələri, Cəmiyyətin törəmə müsəsisələri, cəlb edilmiş beynəlxalq məsləhətçilər və s.) geoloji, hasilat, maliyyə və s. kimi müxtəlif inputların əldə edilməsi, təhlil edilməsi və tələb olunduğu qaydada təmin edilməsi;
• Strategiya sənədində layihələrin maliyyə göstəricilərinin yenilənməsini həyata keçirmək;
• Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl);
• Yüksək səviyyədə Excel bacarıqları; mürəkkəb formulalar, developer alətləri (form controls) ilə rahatlıqla işləmək bacarıqları;
• PowerPoint bacarıqları;
• BI alətlərində (Power BI və ya Tableau) təcrübə üstünlükdür;
• ACCA F2 və F3 imtahanlarını keçmək üstünlükdür;
• Komanda ruhu, ünsiyyət, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil (İqtisadiyyat, biznes və ya maliyyə ixtisasları üzrə);
• Ən azı 2-3 il müvafiq sahədə iş təcrübəsi (idarəetmə, analitik hesabatların hazırlanması və s.).

İş qrafiki:

• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar