Baş mütəxəssis / Torpaq işləri və yerin təkindən istifadə sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
Sektor müdirinin müəyyən etdiyi iş bölgüsünə uyğun fəaliyyət göstərmək.
Sektorda iş bölgüsü üzrə həvalə edilmiş vəzifələri icra etmək, eləcə də bu məqsədlə Fəaliyyət Planı, Tədbirlər Planı, İş planı və sair üzrə nəzərdə tutulmuş tədbirlərin aidiyyəti hissədə icrasını təmin etmək.
Sektorun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək.
Sektorun səlahiyyətləri çərçivəsində torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi, torpaqların dövlət ehtiyacları üçün alınması üzrə zəruri işlərin icrasında iştirak etmək, bu məqsədlə yaradılan işçi qruplarında sektoru təmsil etmək.
Torpaqların alqı-satqısı, icarəyə və (ya) istifadə verilməsi, həmçinin torpaq sahəsi üzərində bu hüquqların dövlət qeydiyyatına alınması üzrə işlərin görülməsini təşkil etmək.
Sektorun fəaliyyəti ilə əlaqədar zəruri hallarda ezamiyyətə getmək .
Yerin təkindən istifadə üzrə (geoloji və geoekoloji öyrənmə, faydalı qazıntıların çıxarılması və s.) müvafiq razılıq və icazələrin alınması, habelə qanunvericiliklə nəzərdə tutulan digər əlaqəli işlərin görülməsini təmin etmək.
Sektorun səlahiyyətləri çərçivəsində çöl-tədqiqat və kameral işlərinin aparılmasını, yerquruluşu planlarının və sxemlərin qanunvericiliyin tələblərinə uyğun tərtib olunmasını təşkil etmək.
Sənədləşmələrdə sektorun səlahiyyətləri üzrə prosesin düzgün təşkil olunmasını təmin etmək.
Torpaq və yerin təki üzrə məlumatların mərkəzləşdirilmiş elektron bazanın yaradılması və mütəmadi olaraq yenilənməsinin təmin olunmasında iştirak etmək.
Sektorun səlahiyyətləri çərçivəsində dövlət orqanları, qurumları, həmçinin digər idarə, müəssisə, təşkilat və təsisatlarla qarşılıqlı əməkdaşlıqda iştirak etmək.
Digər şöbələrlə əlaqəli fəaliyyətin təşkili və sorğular əsasında mütəmadi olaraq, sektorun fəaliyyət istiqaməti üzrə görülməli işlərin əhatə dairəsinin müəyyən edilməsi və icrasının təmin edilməsi.
Torpaq və yerin təki üzrə qanunvericilik üzrə nəzərdə tutulmuş və (ya) rəhbərlik tərəfindən tapşırılmış digər işlərin icrasını səlahiyyətləri çərçivəsində təmin olunmasında iştirak etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
Dil və komputer bilikləri: Azərbaycan dili səlis. MS Office proqramları və AutoCad , ArcGis proqramlarında işləmək bacarığı olmalıdır.
Çöl-tədqiqat işlərində GPS ilə işləmək bacarığı olmalıdır.
Təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı, əmək intizamı , iş təcrübəsi və onu bölüşmə, kollektivdə işləmək bacarığı olmalıdır.
Azərbaycan Respublikasının torpaq qanunvericiliyini bilməlidir.
Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını bilməlidir.

Tələb olunan təhsil və iş təcrübəsi:
Yerquruluşu və torpaq müfəttişliyi, torpaq kadastrı, daşınmaz əmlakın kadastrı, geodeziya mühəndisliyi və s ixtisaslar üzrə ali təhsil.
Müvafiq sahədə 3 ilədək iş təcrübəsi.

İş qrafiki:
İş saatları: 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00;
Şənbə və Bazar istirahət günüdür.
Digər vakansiyalar